"Bu sözləri deyib yerində oturdu, elə oradaca ürəyi dayandı" - "Son zəng"də ölən müəllimə ilə bağlı

"Bu sözləri deyib yerində oturdu, elə oradaca ürəyi dayandı" - "Son zəng"də ölən müəllimə ilə bağlı
“Nüşabə Ələkbərovanın sağlamlığından heç bir şikayəti olmayıb”

BiG.AZ xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında Köhnəqala kənd orta məktəbinin direktoru Əli Məmmədrzayev deyib. Onun sözlərinə görə, “Son zəng” tədbiri zamanı dünyasını dəyişən Nüşabə Ələkbərova məktəbin ən təcrübəli müəllimlərindən biri idi:

“Nüşabə Ələkbərova 11 B sinfinin rəhbəri idi. “Son zəng” tədbirində çıxış etməsi üçün ona söz verdilər. 5 dəqiqə çıxış etdikdən sonra yerində əyləşdi. Elə oturduğu yerdə də ürəyi dayandı. Nüşabə Ələkbərovanın heç bir xəstəliyi olmayıb, bu günə qədər həkimə də getməyib. 30 ilə yaxındır ki, bizim məktəbdə müəllim kimi çalışır. Şagirdlərlə münasibəti də çox yaxşı idi”.

Qeyd edək ki, Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbirində rus dili və ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3347 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 14.06.2018
Allah Rəhmət Eləsin
ataxanli
ataxanli 14.06.2018
Allah rəhmət etsin
zor ))


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər