Bayram günlərində banklar işləyəcəkmi?

Bayram günlərində banklar işləyəcəkmi?

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan Publika.az-a verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaqdır.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcəkdir.

Əlaqələndirici şəxs: Azər İsgəndərov

E-mail: azar.isgandarov@fimsa.az

Mob: (+994) 55 500 82 22

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 487 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər