Azərbaycanda intihar edən 2 uşaq anasının ailəsi ŞOKDADIR /YENİLƏNİB

Azərbaycanda intihar edən 2 uşaq anasının ailəsi ŞOKDADIR /YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İmişli şəhər sakini, 1991-ci il təvəllüdlü Mütəllimova Turanə Elxan qızı bu gün səhər saatlarında yaşadığı M.Müşfiq küçəsindəki fərdi yaşayış evinin həyətində çardaqdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharın səbəbləri aydınlaşdırılır. Bununla bağlı BiG.AZ İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İmişli Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan verilən məlumata görə, bu intihar hadisəsi ilə bağlı araşdırmalara başlanılıb:

“Hələ ki, qadının intihar səbəbi haqqında dəqiq informasiya yoxdur. Ailəsi ilə də əlaqə saxlamışıq. Onlar da şokdadırlar. Ailəsindən verilən məlumata görə, heç bir mübahisə və problem olmayıb. Hazırda bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Əlavə məlumat olan kimi bizə də deyiləcək”.

Aysel Yusifqızı

***
İmişlidə 2 uşaq anası özünü asaraq intihar edib.

İmişli şəhər sakini, 1991-ci il təvəllüdlü Mütəllimova Turanə Elxan qızı bu gün səhər saatlarında yaşadığı M.Müşfiq küçəsindəki fərdi yaşayış evinin həyətində çardaqdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharı səbəbləri aydınlaşdırılır.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8278 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Denizsulari
Denizsulari 14.06.2018
Hecne olmasa ozunu asmaz 2 dene balasin Yetim qoymazdi


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər