Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQ

Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQ

Bu gün dünyanın bir çox ölkələrində ölmüş insanların sağlam orqanlarından istifadə olunması, ehtiyacı olan şəxslərə köçürülməsi həyata keçirilir. Eləcə də orqan nəqlinə ölənin yaxınları da icazə verə bilir. Qeyd olunduğu kimi, bu, dünyada yayılan tendensiyadır, lakin ölkəmizdə həyata keçirilmir. Belə ki, vəfat etmiş şəxsin orqanının təcili ehtiyacı olan hansısa xəstəyə köçürülməsini tənzimləyən hansısa normatik akt, qanunvericilik bazası mövcud deyil. Bu gün orqan transplantasiyası əksər Qərb ölkələrində tibbi xidmətin ayrılmaz bir atributuna çevrilib.

Hazırda demək olar ki, bütün Avropa ölkələrində transplantasiya orqanları bankları fəaliyyət göstərir, ora müntəzəm olaraq donor orqanları daxil olur. Azərbaycanda meyitdən orqan və ya toxumalar götürən belə donor bankları olmasa da, onun yaradılması üçün hüquqi baza var. Belə ki, qanunda göstərilir ki, əgər şəxs sağlığında donorluğa yazılı razılıq bildiribsə, onun orqanları ölümündən sonra götürülə bilər, yox əgər şəxs sağlığında bundan yazılı şəkildə imtina edibsə, onda bu mümkün deyil. Əgər şəxs sağlığında bu məsələyə münasibət bildirməyibsə, ölümündən sonra onun orqan və toxumalarının götürülməsinə onun yaxın qohumlarının və ya qanuni nümayəndərinin icazəsi olmalıdır. Sadəcə, Avropada qanunvericiliyə əsasən, meyitdən orqan və ya toxumalar götürülməsi üçün onun yaxınlarından icazə almaq lazım deyil. Bu metodun ölkəmizdə də tətbiqi məqbul sayılır.

Azərbaycanda meyitdən orqan çıxaran klinika AÇILACAQ

Bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, donor orqanlarının bankı yaradılır. Bu donor bankı vasitəsilə bağışlanan orqan növbədə kim varsa ona köçürülür. Bu insanın şəxsi istəyi ilə ola bilməz. Çünki həmin orqanın düşüb-düşməməsi məsələsi var. Bundan əlavə o, insana lazım olmaya bilər. Bu donorun istəyi ilə olan bir şey deyil. Təmənnasızlıq odur ki, maddi duruma fərq qoymadan kiməsə həyat verməkdir. Hal-hazırda hüquqi baza yaradırıq ki, yaxın vaxtlarda həm meyitdən orqan götürülməsi üçün klinikalar yaradılsın, həm də orqan bankımız olsun. Bundan əlavə ölkə üzrə reyestr olsun ki, harada donor orqan var və buna kimin ehtiyacı var. Bu da elektron şəbəkə vasitəsi ilə bilinsin ki, vaxtında köçürülsün”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 846 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Denizsulari
Denizsulari 14.06.2018
Bele olsan bir terefden yaxwidir ehtiyaci olana olmu ayaginda olana kocurdurulsun oda saglam olsun


 
marena
marena 14.06.2018
siz axi avropadaki kimi edmiyeceksiz...donorlar satiwa cixacag bu aydin meseledi...buda bir biznes olcag!


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər