Azərbaycanda DƏHŞƏT - Sərxoş halda qohumunun üzərinə benzin töküb YANDIRDI

Azərbaycanda DƏHŞƏT - Sərxoş halda qohumunun üzərinə benzin töküb YANDIRDI

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib.

Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.

Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qaynatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 614 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər