Gündəlik Qaynar Xəbərlər [04.04.2012]

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]"Mercedes" piyadanı vurub aşdı: 1 ölü, 2 yaralı

Hadisə Ağsu rayonunda baş verib

Rayon Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Ağsu rayon sakini 21 yaşlı İslam Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 52 yaşlı Xəzəngül Hacıyevanı vurub. Daha sonra sürücü idarəetməni itirərək maneəyəyə çırpılıb və aşıb. Hadisə nəticəsində piyada keçinib, sürücü və onun sərnişini Cavid Əliyev ağır yaralanıb və rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Ağsu-Kürdəmir yolunun 1-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" markalı avtomobil yolu keçən piyadanı vurub. Bundan sonra sürücü idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Bakıda eyni rayonda 2 yol qəzası: 2 ölü, 2 yaralı

Hadisə Xəzər rayonu ərazisində baş verib

Bu gecə saatlarında Bakının Xəzər rayonu ərazisində 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, gecə saat 03:00 radələrində Buzovna-Maştağa yolunda "VAZ 2107" ilə "Mercedes" toqquşub. Nəticədə 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Həmin gecə Buzovna kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili aşıb. Nəticədə bir nəfər həlak olub.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Şəmkirdə 4 avtomobil toqquşdu: 1 ölü

Hadisə nəticəsində diametri 50 mm olan qaz xətti qaynaq yerindən qopub

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Şəmkir şəhərində "Land-Rover", "Mercedes", "VAZ-21015" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə, "VAZ-21015" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Şahmar Oqtay oğlu Nəzərli hadisə yerində dünyasını dəyişib. Diametri 50 mm olan qaz xətti qaynaq yerindən qopub. Yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Bakıda parkda kişi meyiti tapılıb

52 yaşlı Şamaxı sakininin parkın ərazisindən keçən zamanı qəfil yerə yıxılaraq dünyasını dəyişdiyi bildirilir

Bu gün təxminən saat 17.00 radələrində paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 47 saylı binanın qarşısında yerləşən parkda kişi meyiti tapılıb. Şahidlər tərəfindən bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə yerinə cəlb olunan Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Müayinə zamanı dünyasını dəyişən şəxsin üzərində heç bir zorakılıq əlamətlərinin olmadığı müəyyən edilib. Bundan sonra isə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib.

Elə hadisə şahidləri də mərhumun parkın ərazisindən keçən zamanı qəfil yerə yıxılaraq dünyasını dəyişdiyini bildirdilər.

"Yıxılıb qalıb burada. Heç kim ona heç nə etməyib", - deyə hadisə şahidi Nəsimi Zeynalov bildirib.

İlkin araşdırmalar nəticəsində mərhumun kimliyinə də aydınlıq gətirilib. Məlum olub ki, dünyasını dəyişən şəxsin 1960-cı il təvəllüdlü Şamaxı rayon sakini Hacıyev Novruzəli Seyid oğlunun olduğu müəyyənləşdirilib.

Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsindən verilən məlumata görə, mərhum qəfil baş verən ürək tutmasından sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri isə ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Bakıda avtobusda cibgirlik edən qadın iş başında tutuldu

Hadisə Nəsimi rayonu ərazisində baş verib

Bakının Nəsimi rayonu ərazisində avtobusda cibgirlik edən qadını polis tutub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 79 saylı xətt avtobusunda Bakı şəhər sakini Sənan Bağırovun 47 manat pulunu talayıb avtobusdan düşüb gedərkən Sumqayıt şəhər sakini Ziba Quliyeva Nəsimi Rayon Polis İdarısi 20-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Ziba Quliyevanın ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmin gün qeyd edilən avtobusda Bakı şəhər sakini Türkan Məmmədovanın çantasından 63 manat pulu oğurlaması da müəyyən edilib.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Alen Delon xəstəxanalıq oldu

Aktyorun ürəyi ilə bağlı problemi olduğu bildirilir

Fransa kinosunun əfsanələrindən olan Alen Delon xəstəxanaya yerləşdirilib. ANS PRESS-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, 76 yaşlı aktyor Paris şəhərində yerləşən Amerika klinikasına yerləşdirilib. Alen Delona ürək çatışmazlığı diaqnozu qoyulub.

Digər bir mənbə isə aktyorun əməliyyata məruz qaldığını iddia etsə də, Alen Delonun qohumları bu məlumatı təkzib edib.

Yayılan digər məlumatda isə Alen Delonun Paris şəhəri yaxınlığındakı Neyi şəhərciyindəki hospitala yerləşdiyi bildirilir.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]İmtahanqabağı yaddaşı gücləndirən qidalar

Stressin öhdəsindən gələn məhsullar haqda nəyi bilirik?

Yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. Məsələn, adi kökün yaddaşın möhkəmlənməsinə, ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər yardım etdiyini bilirsinizmi? Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda? Xüsusi ilə də növbəti aylarda məzunların imtahan verəcəkərini nəzərə alsaq, imtahanda stressin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər.

Sinir sistemi üçün

Qoz, fındıq, fıstıq zehnin uzun müddət çalışmaq imkanını artırır. Beynin əlaqələndirici maddələrinin əmələ gəlməsinə səbəb olur.

Yaradıcılıq üçün

Zəncəfilin tərkibindəki maddələr beynin yeni fikirlər yaratmasına kömək olur. Qan duru olduğunu üçün sərbəst şəkildə axır, beyin oksigenlə qidalanır.

Yaddaş üçün

Kök yaddaşın qabiliyyətini artırır. Beynin metabolizm prosesini canlandıran fermentlərdəndir. Ananas əzbərləmək üçün çox yararlıdır. Digər meyvələrdə olmayan manqa elementinə malikdir.

Xoşbəxtlik üçün

Xoşbəxt olanda, insan daha yaxşı öyrənə bilir. Enerjiniz pozitiv olur. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir. Çiyələk stressin təsirlərini azaldır. Banan da beynə xoşbəxtlik hiss verən seratonin maddəsinə malikdir.

Öyrənmək üçün

Kələm qalxanvarı vəzinin fəaliyyətini azaldır. Bu isə əsəbiliyə qarşı xeyirli qidadır. İmtahan öncəsi stress üçün tövsiyə olunur. Limon qavrama qabiliyyətini artırır. Yeni əldə ediləcək biliklərin qavranması üçün məsləhət görülür.

Diqqət cəmləmək üçün

Krevet orqanizmə lazım olan Omega 3 yağ turşularını təmin edir. Soğan fiziki yorğunluğa qarşı qanı duruldur. Beyin oksigeni daha asan qəbul edir.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Hündürboy qadınlara pis xəbər

Uca qadınlarda qadınlarda xərçəng riksi 23 faiz çoxdur

Hündürboylu qadınların orta boylu həmcinsləri ilə müqayisədə xərçəngə yaxalanma riski daha yüksəkdir. Oksford Universitetinin elm adamları 14 ölkədə aparılan 47 araşdırmanı analiz edəndən sonra bu qərara gəliblər. Belə ki, yumurtalıq xərçəngi qoyulan 25 min qadın ilə 80 min sağlam qadının iştirak etdiyi tədqiqat hündür boyun bu xəstəliyin daşıyıcısı olmaq üçün faktor olduğunu üzə çıxarıb.

Professor Valerie Beral hündürboy qadınların xərçəngə tutulma riskinin 23 faiz artıq olduğunu bildirib. Zərif cinsin boyundakı hər 5 sm-lik artım yumurtalıq xərçəngi təhlükəsini 7 faiz yüksəldir.

Aparılan araşdırmalarda artıq çəkinin də yumurtalıq xərçəngi ilə bağlantısı olduğunu müəyyən edib.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Ər arvadını və özünü bıçaqladı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Şirvan Polis Şöbəsinin müstəntiqi Kənan Zeynalovun APA-ya verdiyi məlumata görə, Qaradağ rayon sakini İbrahimov Zahir Əjdər oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Məmmədova Arzu Hüseynağa qızını bıçaqlayıb. Daha sonra isə bıçaqla özünə, qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə hər iki şəxs yaralı vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Hər iki şəxs əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı şəhər Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Gündəlik Qaynar Xəbərlər [04.04.2012]Türkiyədə neft tapılıb

Karbohidrogen axtaran şirkət "qara qızıl" tapıb

Türkiyədə neft tapılıb. ANS PRESS-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Amerikanın Pemi şirkəti Batman şəhərində karbohidrogen axtararkən neft tapıb. Bununla da, həmin ərazidə neft quyularının sayı 20-dən 60-a yüksəlib. Şirkət həmin neft yatağından "qara qızıl"ın hasilatını gün ərzində 2,700 min barelə kimi artırmağı düşünür.

Türkiyə xaricdən neft asılılığından xilas olmaq üçün ölkə ərazisində aktiv şəkildə neft quyularının axtarışına başlayıb. Bu yaxınlarda Sinop ərazisində də böyük axtarışlar aparılıb, böyük gözləntilər olan bu şəhərdən təəssüf ki, heç nə tapmaq mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Azəri Mp3   Baxılıb: 5161   Tarix: 05 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler