Azərbaycanda ən yaşlı abituriyentin 71 yaşı olub - Maraqlı faktlar

Azərbaycanda ən yaşlı abituriyentin 71 yaşı olub - Maraqlı faktlarSon 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

BiG.AZ xəbər verir ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib.

Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.

Yaşı 50-dən çox olan abituriyentlərin çoxu ilk dəfə ali təhsil almaq üçün sənəd verənlərdir.

Ümumilikdə 155 abituriyentin 27-si ali təhsilli, 128-i isə ali təhsili olmayan olub. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəbə sənəd verən yaşı 50-dən çox olan 11 abituriyentin heç birinin ali təhsili yoxdur.

Yaşı 50-dən çox olan abituriyentlərin qəbul olunduqları ixtisaslara gəldikdə, 2009-cu ildə 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi (qiyabi), 2010-cu ildə 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (əyani), 2013-cü ildə 2 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması (əyani) və Azərbaycan Dillər Universitetinin Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə, əyani), 2014-cü ildə 1 nəfər Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi (qiyabi), 2015-ci ildə 1 nəfər Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri (qiyabi), 2017-ci ildə 1 nəfər Azərbaycan Kooperasiya Universitetinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (əyani) fakültəsinə qəbul olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 846   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0