Nazilə Səfərli gəlinlərinə göndərdiyi səs yazısında azərbaycanlı nazirin oğlunun adını hallandırır?

Nazilə Səfərli gəlinlərinə göndərdiyi səs yazısında azərbaycanlı nazirin oğlunun adını hallandırır?Xəbər verdiyimiz kimi, Nazilə Səfərlinin qardaşının keçmiş həyat yoldaşı "Səni axtarıram"da növbəti qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Pərvanə bildirib ki, Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqarın sözlərinə görə, istəsə baba, istəsə də ata gəlib uşağı götürə bilər:

"Sən səsini çıxara bilməzsən. Əgər icazə verməsən, səni 30 günlük həbs etdirəcəyik. Bu gün saat 5-dən 8-ə kimi babası gəlib götürəcək. Çəkilişlə baba gələcək. Əgər etiraz etsəm haqqımda protokol hazırlayıb həbs etdirəcəklər. Mən də dedim baba gəlməsin. Çünki mənim haqqımda o sözləri işlədib. O da qayıdıb mənə dedi ki, sənə nə dəxli var. Ata istədiyini yanında gətirə bilər. İstər sevgilisini gətirər, istərsə də arvadını. Sən ona qarışa bilməzsən. Sən də get evində otur. Onlar gələndə aç qapını. Bu, onlarda qıcıq yaradacaq".

Pərvanənin sözlərindən əsəbiləşən Xoşqədəm Hidayətqızı vurğulayıb ki, o səs yazısını efirə verə bilər: "Orada Nazilə kimlərlə dostluq etdiyini bildirir. Olmaz, Nazilə, sən qadınsan. Əlbəttə, ata uşağını görə bilər. Amma bir qadını bu cür əzmək, təhqir, şantaj etmək olmaz. Vüqarı bağlayın, bu sözləri efirdə də desin".

Xoşqədəm Hidayət qızının ittihamlarına Nazilə Səfərli cavab verib. Nazilə Səfərli bildirib ki, onun səsləndirdiyi fikirlərin heç birindən qorxmur:

"Xoşqədəm, sən kimsən? Jurnalistsən bu sənin peşəndir. Hüquqşünassan, bu sənin ixtisasındır. İnsan olaraq sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən. Qardaşım arvad alıb, boşayıb. Ayrı birisini də alıb. Mənə nə? Ailədir. Sabah mənim də ailəm dağıla bilər. Mən də dünyamı dəyişə bilərəm. Həyat yoldaşıma da bir şey ola bilər. Niyə sən hər işin altında Nazilə var deyirsən. Sənin mənimlə nə alıb, verəcəyin var. Bir yerdən səs yazısı gəldi deyirsən. Mənim vecimə də deyil. Qorxmuram da. Çünki mən qorxaq deyiləm. Hüquqlarımı da bilirəm. Bu çıxışlarıma da əvvəldən axıra kimi baxacağını da bilirəm. Kim sənə ixtiyar verib ki, gündə bir neçə dəfə Nazilə deyib çağırırsan. Məni sən doğmusan? Yoxsa sən mənim qızımsan? Bu nə ərkdir? Böhtandır? Mən Pərvanə adlı gəlin tanımıram? Mən bu qədər savadsızam ki, nazir övladının adını hallandıram? Mən çox ağıllı və savadlıyam. Pərvanə uşaqlarını sevən qadın olsaydı mənim ona verdiyim lüks həyatı qəbul edərdi. O, mənə nə dedi. Gəl efirə adını təmizlə dedi. Xoşqədəmin yanında söz ver. Xoşqədəm kimdir ki, ona söz verim. Sən media üçün ölürsən. Sən bəlkə ayaqyoluna da media ilə getmək istəyirsən. Ona görə də canlı yayım açdım. Bütün mətbuatı mənim canlımı izləməyə dəvət edirəm. Qardaşımın boşadığı arvaddan mənə nə? ".

Bundan əlavə Nazilə Səfərli vurğulayıb ki, Pərvanə eks həyat yoldaşı ilə uşaqlarının görüşməsinə icazə verməlidir:

"Xoşqədəm, sən yaxşı qadınsansa, övladlarını sevirsənsə Pərvanə yanına gələndə de ki, icazə versin uşaqlar atası ilə 5 saat görüşsün. Ağıllı olub o 5 saata icazə versin. Artığını istəmirik. O, elə bir qadındır ki, onun həyatda heç bir uğuru yoxdur. İnanmıram ki, o, daha kimləsə evlənsin. Çünki o əxlaqa, xarakterə sahib insanla heç kim evlənməz. Biz idik onun toruna düşən. O cür eqoist insanı heç kim almaz. Hələ efirdə çıxartdığı oyunlardan sonra. Efirdə Nazilə deyib bağırma. Kar deyiləm. Həddini bil ki, həddimi bilim. Vaxtım yoxdur məhkəmə qapılarında sürünüm. Məni zorla intihara sövq etmə. Canımdan bezdirmə. Mənim başıma bir iş gələrsə birbaşa sən məsuliyyətlisən. Pərvanə də bir başqası da etsə sənsən məsuliyyətli. Məndən sorumlusan. Mən sağlamlığımı, həyatımı sənə borc verirəm".

Aysel Yusifqızı

Nazilə Səfərli gəlinlərinə göndərdiyi səs yazısında azərbaycanlı nazirin oğlunun adını hallandırır?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7660   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232