Müdafiə Nazirliyi Bakı səmasındakı qırıcı təyyarələrlə bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi Bakı səmasındakı qırıcı təyyarələrlə bağlı MƏLUMAT YAYDI

Bu gün səhər saatlarında Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb. Bu əhali arasında təəccüblə qarşılanıb.

Bununla bağlı Müdafiə Nazirliyindən BiG.AZ-a bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir: "Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar həyata keçirir".

Qeyd edək ki, parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1506 Tarix: 13.06.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər