Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? - ARAŞDIRMA

Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? - ARAŞDIRMAVaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır.

"Report" qeyd edilən problemlə bağlı vəziyyəti araşdırıb.

Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportlu sistemin tətbiq edilməsində məqsəd isə təbii ki, müasir dövrdə insanların işlərini asanlaşdırmaqdır. Pasportunu hansısa prosedur üçün müvafiq dövlət orqanına və ya viza almaq üçün hansısa ölkənin səfirliyinə təqdim edən şəxs bu müddət ərzində digər pasportu ilə işlərini davam etdirir, səyahətinə gedə bilir.

Azərbaycanla həmsərhəd olan Rusiya və Türkiyə ikipasportlu rejimi artıq tətbiq edir. Rusiyada əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilirlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olur.

Azərbaycanda isə vəziyyət fərqlidir, ölkədə hələ də birpasportlu sistem tətbiq olunur.
Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? - ARAŞDIRMAXarici pasportla bağlı yaranan bir problem də möhürlə dolan pasportun dəyişilməsi məsələsidir ki, bu zaman köhnə pasportda olan etibarlılıq müddəti bitməyən vizaların taleyi qeyri-müəyyən qalır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, ümümvətəndaş pasportu verilən zaman köhnə vəsiqədə etibarlılıq müddəti bitməyən viza olduqda pasportun ilk səhifəsi yararsız hala salınıb vətəndaşa geri verilir: "Ümümvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün qeydiyyat ünvanından asılı olmayaraq vətəndaşlar istənilən ASAN xidmət mərkəzlərindən birinə müraciət edə bilərlər".

Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? - ARAŞDIRMAHüquqşünas Ələsgər Məmmədli açıqlamasında bildirib ki, şəxsiyyəti təsdiq edən sənəd, pasport daim məxsus olduğu şəxsin üzərində olmalıdır: "Şəxsin birdən çox pasportunun olması onun fərqli yerlərdə istifadə olunma ehtimalı yarada bilər. Hökumət bu səbəbdən ikipasportlu sistemin tətbiq olunmasına icazə vermir. Təbii ki, alternativlər həmişə var. Viza üçün müraciət edərkən təcili lazım olması ilə bağlı əsaslı məlumat verdikdə, onun tez zamanda hazır olması mümkün olur, yəni viza daha sürətli verilir. Azərbaycanda viza üçün maksimum müddət iki həftədir, amma təcili lazım olduqda iki gün içində də almaq olur. Viza proseduru səbəbindən yaranan problemlər düzgün planlaşdırılma olmadıqda baş verir".

Ə.Məmmədlinin sözlərinə görə, ikipasportlu sistem tətbiq edilmək əvəzinə ölkənin elektron sistemində şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olsa, o zaman bu problem daha tez həll olunar: "Yəni, şəxsiyyət vəsiqələri beynəlxalq sistemə inteqrasiya olunsa səyahət etmək daha rahat olar".

Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? - ARAŞDIRMAMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlamasında bildirib ki, pasport və vəsiqə şəxsiyyəti müəyyən etdiyi üçün mütləq şəxsin üzərində olmalıdır: "Bəzən müəyyən zəruri məsələlər, xüsusən xarici səfərlərlə bağlı pasportlar vacib dövlətlərin aidiyyəti qurumlarında, təşkilatlarda və s.-də saxlanılır. Əlbəttə ki, bu zaman şəxsin hüququ pozulur. Vətəndaşın şəxsiyyət vəsiqəsi üzərində olmur, lazımi tədbirləri həyata keçirə bilmir".

Onun sözlərinə görə, bir sıra dövlətlərdə belə qadağalar yoxdur: "Bəzi dövlətlərin qanunvericiliyində müəyyən edilib ki, insanlara bir neçə sənəd vermək olar. Hətta bəzən görmək olar ki, şəxsin üzərində 4-5 ədəd pasportu olsun. Digər ölkələrdə insanların üzərində ən azı iki xarici pasport olur. Vəsiqələrə elektron nəzarət qoyulduğu üçün, bir neçə sənədin olmağı heç bir problem yaratmır. Pasportlar bir-birinin sürəti kimi, yəni eyni olduğuna görə, cinayətkarlıq və axtarışla bağlı qorxu törətmir. Azərbaycanda hələlik bu sistem yoxdur. Təbii ki, bu sistemin Azərbaycanda tətbiqi çox yaxşı olardı, heç bir təhlükəsi də yoxdur. Çünki Azərbaycanda şəxsiyyətin müəyyən edilməsi ilə bağlı vahid elektron sistem var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1099   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 22
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 3
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 0
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

17:47 33
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 293
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

17:27 99
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 593
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556