2 qardaş əlbir olub qonşunu bıçaqladı

2 qardaş əlbir olub qonşunu bıçaqladı

Quba rayonunda bıçaqlanma olub.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağasiyev Kamran Qəzənfər oğlu və 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində iki qardaş E.Dadaşovu bıçaqlayıb. Yaralı təcili olaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Ağasiyev və E.Ağasiyev saxlanılaraq istintaqa təhvil verilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 402 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər