Qarabağda məhv edilən erməni hərbçinin FOTOLARI

Qarabağda məhv edilən erməni hərbçinin FOTOLARI
Məhv edilən erməni hərbi qulluqçusu haqqında yeni məlumatlar yayılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, döş qəfəsindən aldığı dəlib keçən odlu silah yarası ilə hərbi hospitala təxliyyə edilərkən ölən Eloyan İrəvan şəhərinin Acapnyak məhəlləsinin sakini olub. O, ailənin tək oğlu olub, bir bacısı var.

Eloyan Vazgen Sarkisyan adına hərbi məktəbi bitirdikdən sonra Qarabağda hərbi xidmətə başlayıb və 2016-ci ilin aprel döyüşlərində mövqelərimizə qarşı təxribatçı əməliyyatalrda iştirak edib.

Məlumata görə, o, iyunun 13-də İrəvanda “Yerablur” adlanan ərazidə basdırılacaq.

Xatırladaq ki, dünən saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edərkən 25 yaşlı, müqaviləli erməni hərbi qulluqçu Vahaqn Zoniki Eloyan məhv edilib.
Qarabağda məhv edilən erməni hərbçinin FOTOLARI
Qarabağda məhv edilən erməni hərbçinin FOTOLARI

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1578 Tarix: 12.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
micromax
micromax 13.06.2018
mundar olub


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər