Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO

Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO

Azərbaycanda altı uşaqlı ailə kasıbçılıq üzündən uşaqlarını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına atıb.

BAKU.WS xəbər veri ki, İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən uşaqların sığınacağa ana tərəfindən gətirildiyini bildirib:

"Altı uşaqlı ana əvvəlcə dörd uşağını sığınacağa qoyub getdi və artıq onlara baxa bilmədiyini dedi. Sonra uşaqların beşini dövlət müəssisəsinə yerləşdirmək istədiyini bildirdi".

Zeynalova uşaqların uşaq evinə yerləşdirilməsinə atanın da razılıq verdiyini deyir: "Uşaqların ən kiçiyi 6 aylıqdır. Əri də razılıq verib, yalnız 3 yaşlı uşaqdan başqa. Səbəb də onu daha çox sevməsidir. Ədalətinə şükür İlahi! O biri uşaqların nə düşünməsi valideynlərə maraqlı deyil".

Plansız şəkildə dünyaya uşaq gətirən məsuliyyətsiz valideynlərin səhvi üzündən atalı-analı uşaqlar kimsəsiz uşaqlar kimi ata-ana qayğısından məhrum şəraitdə böyüyəcəkləri acınacaqlı haldır ki...

Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO
Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2173 Tarix: 12.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 13.06.2018
Bəzən insanlar özləridə bilmədən elə bir addım atırlar ki axırda uşaqları əziyyət çəkirlər.Ay 6 uşaq valideyini, bu uşaqları saxlaya bilmiyəcəkdinsə neynirdin bu körpələri bu hala salırdın.
SVEROKLANA
SVEROKLANA 13.06.2018
Bele xeber oxuyuram evlilikden soyuyuram ona gorede evlenmeyecem nedeki daha hec kesi sevmeyecem bir efe etdiyim qelet birde olmayacaq agli olan ne Sevmez nede Evlenmez


 
pryanka
pryanka 12.06.2018
Yaziq uşaqlar olarin ne günahı varki saxlıya bilmirdin imkanin yoxuydi niye dünyaya getirirdin insanlar o uşaqin dırnaqina hesret çekir qurban olum ilahi sene özün bilen meslehetdi ama belelerine o uşaqi vermede
Özüde uşaqın birini ayiribki onu çox isteyirik


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər