Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?

Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?



MƏHSUL HAQQINDA ƏTRAFLI


Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır.

Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).

Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra təmizləmək (sıxmaq) olar.

İrinli sızanaqların müalicəsi daha mürəkkəb olur. Sızanaqları onlar dəridə xeyli çoxaldıqda deyil, əmələ gəlməyə başlayanda müalicə etmək lazımdır. Təkbaşına onları müalicə etmək mümkün olmayacaq və dərinizin vəziyyəti getdikcə daha da pisləşəcəkdir.



MƏHSUL HAQQINDA ƏTRAFLI

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 676 Tarix: 11.06.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər