"Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa..." – Bir neçə saat "Maşın"da - FOTO

"Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa..." – Bir neçə saat "Maşın"da - FOTOSon illərin ən qalmaqallı və reytinqli verilişi "Maşın" şoudur. Proqram ilk gündən öz tamaşaçı kütləsini toplayıb və 18 gün davam etməsinə baxmayaraq hər gün ilk gün olduğu kimi maraqla izlənir. Layihə izlənməklə bərabər sosial şəbəkədə də geniş müzakirə olunur. İnsanlar sevgi və iradlarını bildirirlər. Media da layihəyə biganə deyil. Hər günü mübahisəli və qalmaqallarla baş tutan yarışmada yaşananlar mətbuatda da öz əksini tapır.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, ötən günlərin birində isə müsabiqə çərçivəsində "Media günü" təşkil olundu. Yarışmacılarla media nümayəndələri bir araya gəlib, onların suallarına cavab verib.

Aytən Səfərova Pərvin Abiyevaya qarşı haqsızlıq etdiyini etiraf edib: "Burada bəzən beynim çönür. Stressdən qarşımızdakının nə dediyini eşitmirik. Pərvin ilə Əli Mirəliyevin mübarizəsində dediklərimə gör üzgünəm. O mən deyiləm. Özümü tanıya bilmədim. Buna görə də gecə yatmadım"

Abbas Bağırov verilişdə sakit dayanmasının səbəbini açıqlayıb: "Burada oyuna 18 nəfərlə başlayırıq. Hərə yerindən danışsa, burda bazar olar. Ona görə də növbəmiz çatdıqca danışırıq".

"Üçlükdə kimi görmürsünüz?" sualı isə iştirakçılar arasında mübahisə yaradıb. Abbas Bağırov beşliyə qalanda kimlərlə üçlükdə qalmaq istədiyini açıqlayacağını deyib.

Roza "Mən özümü üçlükdə görmürəm. Gərək insan öz gücünə inansın. Bundan sonra muğam oxuya bilərəm? Xeyr. Eləcə də, səhhətim 3-lükdə olmağa imkan verməz. Istəyirəm ki, axıra ən yaxşılar qalsın"-, deyə bildirib.

Hüseyn Əzizoğlu Pərvin Abiyevanın ona "kolleqam" deməsinə etiraz edən aktyorlara səslənib: "Mənim aktyorluğuma şübhəsi olan, İlham Qasımovun yanına getsin. Mən ölkənin ən sevilən filmi "Oğlan evi-2"də rol almışam. Aktyorluq bacarığım olmasaydı, orada çəkilməzdim".

Görüşdə iştirakçıların bir-birinə təhqir etməsi məsələsinə də toxunulub. Roza Zərgərli bildirib ki, onlar bir-birinin ünvanına sərt sözlər deyə bilərlər, amma heç kimin şəxsiyyətinə toxunmurlar: "Bir dəfə Mətanətlə mənim aramda söz-söhbət oldu. Insan insana fikrini müəyyən çərçivədə bildirə bilər. Amma şəxsiyyətini təhqir edə bilməz. Canlı efirdə Mətanət mənə çömçə dedi, cavabını verdim. Oyundan çıxandan sonra ağladı, mən də onu qucaqladım. Burada çox gərilir sinirlərimiz. Biz oynamırıq, anında verdiyimiz reaksiyadır. Şou-biznes əhlinə və jurnalist dostlarımıza, aktyorlarımıza, korifeylərə, gənclərə camiədə olanlara demək istəyirəm.

Əgər "Maşın" şouya dəvət almamısınızsa, ona görə sosial şəbəkələr, televiziya vasitəsilə bizimlə oynamayın. Öz işinizlə məşğul olun. Bizimlə birgə oynamırsınız. Eləsi var, sosial şəbəkədə, otelə gəlib var ki, deyirlər ki, filan kəsi vur. Mənim rəfiqlərim oyunda olanda heç kimə deməmişəm ki, filan kəsi vur. Bizim işimizə qarışmasınlar. Siz oyunda olsanız, bildiyinizi edərsiniz".

Abbas isə mübahisələrə belə aydınlıq gətirib: "Burada tez-tez mübahisələr olur, biz hamısını deyə bilmirik. əsəblərimiz gərilir. Bundan əlavə kişilər qadınları hədəf seçəndə onu qınayırlar. Bu doğru addım deyil. Bu şounun adı "Qadınlar və cənablar"dır , tək qadınlar və ya kişilər deyil. Mübarizədir. Qadınlar bizi, biz qadınları hədəf seçə bilərik".

Uran isə oyundan sonra yaşananlar haqqında rep hazırlayacağını deyib: "Mən mövzu toplayıram. Çıxandan sonra fərqli bir iş ortaya qoyacağam. "Maşın" şouda yaşananlar reallığın şouya çevrilməsidir, yazılan ssenarinin pozulmasıdır. Gərgin insanlar bir anda yaşananlara reaksiya verir. Burada mövzu çoxdur".

Sonda H. Əzizoğlu "Bir neçə otaq gəzib, burada maskası cırılanlardan olmaqdansa, maskam özümdə qalsın. Mən üçlüyə qalsam, bilin ki, güclü iştirakçıyam tez getsəm, deməli, zəifəm"-, deyə iddialı açıqlama verib.

"Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa..." – Bir neçə saat "Maşın"da - FOTO"Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa..." – Bir neçə saat "Maşın"da - FOTO"Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa..." – Bir neçə saat "Maşın"da - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3140   Tarix: 10 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 1013
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 608
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977