Lələtəpə döyüşçümüz dünyasını dəyişdi - Həkimlərin valideynlərinə dediyi bu sözlər DƏHŞƏTƏ GƏTİRDİ

Lələtəpə döyüşçümüz dünyasını dəyişdi - Həkimlərin valideynlərinə dediyi bu sözlər DƏHŞƏTƏ GƏTİRDİ
Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, bu haqda azxeber.com-a mərhumun yaxın qohumu Tural Aslanlı məlumat verib.

Onun dediyinə görə, Azər uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi: "Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında Azərdən götürülən qan analizində linfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildi. Ağ ciyərinin yaxınlığında yerləşən linfada xərçəng xəstəliyi var idi. Nə qədər çalışsaq da, onu həyatda saxlaya bilmədik".

O həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı haqda da danışıb: "Qan institunun həkimlərinin bu qədər cəllad, soyuqqanlı olduğunu bilmirdim. İnsanlıq onlar üçün bitib. Həkimlər soyuqqanlıqla Azərin valideyinlərinə deyirlər ki, xəstəxanada səs-küy salmayın, onsuz da gec tez gedəcəkdi. Bu dövlət üçün canından keçməyə hazır olan birinə qarşı bu qədər alçaqcasına soyuqqanlı yanaşmağı ancaq düşmən edər".

Qeyd edək ki, mərhumun 2 övladı var.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4278 Tarix: 07.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
TURAN007
TURAN007 07.06.2018
Bu xarabada bir hekimin birde polisin eline dusmeyesen onlar ozleri artig insanligdan cixiblar insanlara yalniz pul gozuyle baxirlar tessuf