Nazirlərimiz üçün ÖZƏL GÜN - FOTOLAR

Nazirlərimiz üçün ÖZƏL GÜN - FOTOLARBu gün müdafiə naziri Zakir Həsənov və kənd təsərrüfatı naziri İnam Kərimovun doğum günüdür.

BiG.AZ AzVision.az-a istinadən məlumat verir ki, general-polkovnik Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.

1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi bitirib.1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib. 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı daxil olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Nazirlərimiz üçün ÖZƏL GÜN - FOTOLARXidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və "general-polkovnik" hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

***

Nazirlərimiz üçün ÖZƏL GÜN - FOTOLARKənd təsərrüfatı naziri İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. Həmçinin bu universitetin hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsini qazanıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub. 2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

İnam Kərimov ölkə başçısının 2018-ci il 21 aprel tarixli sərəncamı ilə isə Kənd Təsərrüfatı naziri təyin olunub.

İngilis, fransız, fars və rus dillərini bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1196   Tarix: 06 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 360
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 1279
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 158
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 947
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

17:06 200
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

20:11 72