"Maşın" şoudan çıxarılan İlhamə hər şeyi açdı: "Verilişdən sonra..."

"Maşın" şoudan çıxarılan İlhamə hər şeyi açdı: "Verilişdən sonra..."Xəbər verdiyimiz kimi, "Maşın" şounun növbəti buraxılışında oyunu aparıcı İlhamə Bədəlova tərk edib.

Lakin verilişin sonuna yaxın Bədəlova ilə müğənni Roza Zərgərli arasında mübahisə düşüb.

İlhamə Bədəlova səhiyyə işçilərindən dəstək istəyəndə Roza Zərgərli səsini qaldıraraq İlhamənin səhiyyə işçilərindən səs istəməyə haqqı olmadığını deyib. Aparıcının çıxışına müdaxilə edən müğənni bildirib ki, İlhamə Bədəlova özü ağır xəstə olan işçini işdən qovub. Daha sonra hər iki iştirakçının mikrofonları söndürülüb.

İ.Bədəlova Publika.az-a verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirib. O bildirib ki, R.Zərgərlinin ittihamları əsassızdır və onun kimisə işdən çıxartmaq səlahiyyətləri yoxdur.

– İlhamə xanım, "Maşın" realiti-şounun dünənki buraxılışında oyunu siz tərk etdiniz. Verilişin sonuna yaxın Roza Zərgərli sizi xəstə işçinizi qovmaqda ittiham etdi və ünvanınıza çox sərt ifadələr işlətdi. Gözlənilməz çıxışın səbəbi nə idi?

– Verilişin iştirakçıları məni az-çox tanıyır və hansı işə qulluq etdiyimi yaxşı bilirlər. Ən azından həmkarlarım İlhamə Bədəlovanı tanımalı idi. Roza xanım arxamdan müəyyən işlər görüb. Xəstə insanı işdən qovmağım haqqında məlumatları haradan əldə etdiyini bilmirəm. Halbuki, kimsə Roza xanımın xəstə işçisini qovduğunu desəydi, mənə inanmazdım. Mütləq ikinci tərəfi də dinləyərdim. Roza Zərgərli şou başlayana qədər məni kənara çəkib bu məsələ ilə bağlı sorğu-sual edə bilərdi. Amma o, sualı mənə vermədən və cavabı dəqiqləşdirmədən, olmayan hadisəni şişirdib və iştirakçılara yalan-yanlış çatdırıb. O insanların Rozanın dediklərinə inanması mənə pis təsir etdi. Çünki kimisə işdən qovacaq gücə və qüvvəyə malik deyiləm. Mən kiməm ki? Birincisi, televiziya rəhbəri deyiləm ki, işçiləri çıxartmaq səlahiyyətlərim olsun. Bunun özü yalandır.

İkincisi, Roza xanımın haqqında danışdığı şəxs özü onu işdən qovduğumu təsdiqləsə, onda bütün sözləri qəbul edərəm. Niyə belə əminliklə danışıram? Ona görə ki, belə bir hadisə baş verməyib, heç kimi, üstəlik xəstə insanı işdən qovmamışam. Bildiyimiz kimi, illərdir sağlamlıq verilişinin aparıcısıyam və gücüm çatdığı qədər öz hesabıma xəstə insanlara köməklik göstərirəm. Müalicəyə ehtiyacı olan insanlar üçün həkimlərə ağız açıram və bunları işıqlandırmıram. Əməliyyat etdirdiyim pulu olmayan xəstəni məni tərifləməsi üçün efirə dəvət edə bilmərəm. O insanları alçaltmağı özümə sığışdırmıram. Bu, xarakterimə ziddir.

Gördüyüm işləri heç vaxt reklam etməmişəm. Bəziləri kimi deməmişəm ki, efirə gəlin, qarşımda diz çökün, çiçək gətirin və mənə ağızdolusu təriflər yağdırın. Belə kəlmələrə ehtiyacım yoxdur. Hətta kömək etdiyim bəzi xəstələrdən "Çox sağ olun, İlhamə xanım" sözlərini eşitməmişəm, Allah böyükdür deyib keçmişəm. Onsuz da məni tanıyan, tanıyır, tanımayan da, bundam sonra tanıyacaq. Bir sözlə, Roza Zərgərlinin verilişdə ünvanıma dediyi sözləri qəbul etmirəm.

– Hüseyn Əzizoğlu sizi oyundan çıxaranda hamı ilə, eləcə də Roza Zərgərli ilə sağollaşdınız. Buna dəyərdi?

– O, nə vaxtsa öz səhvini başa düşəcək və məndən üzr istəyəcək. Buna əminəm. Çünki ona səhv məlumat verilib. Odur ki, Roza xanımı günahlandırmıram, yenə də öz böyüklüyümü göstərirəm. Müqəddəs Ramazan ayında Allah hamıya kömək olsun. İstərdim ki, Roza Zərgərli öz səhvini başa düşsün və bu məsələyə aydınlıq gətirsin.

– İşçinizlə aranızda hansısa anlaşılmazlıq olmuşdu? Yoxsa, ümumiyyətlə, belə bir hadisə baş verməyib?

– O adamın işdən qovulması məsələsinin mənə aidiyyəti yoxdur. Kanalda kimlərsə işdən çıxarılırsa, burada günahkar mən ola bilmərəm. Bəli, yanımda xəstəliyi olan insan çalışıb. Müalicə alması üçün ona yardım əlimi də uzatmışam. Hətta bir neçə həmkarıma zəng edib müalicə üçün maddi baxımdan ona dəstək olmağı təklif etdim. Bu mövzuda həmkarlarımın adlarını hallandırmaq istəmərəm, lakin yeri gəlsə, özləri də bu faktı təsdiqləyə bilər.

Onun ən azından profilaktik müalicə ala bilməsini istəyirdim. Türkiyədə tanıdığım yaxşı həkim var idi, həmin şəxsin müalicəsi üçün ona da müraciət etmişdim. Həkimdən xahiş etmişdim ki, əməliyyatın qiymətində endirim etsin. Amma xəstə özü qəbul etmədi.

O insan bu gün də yanımda çalışır, kanaldan üç il əvvəl uzaqlaşdırılsa da, mənə öz bacısı kimi hörmət edir, mən də ona qardaş deyirəm. Nə olsun ki, xəstədir, onunla tez-tez görüşürük, evimə gəlir, süfrəmdə oturur. O, mənim üçün tibbi süjetlər yığır, o qədər savadlı insandır ki, savadına heyranam. Ondan çox şey öyrənmişəm və işinin müqabilində də ödənişini etmişəm. Roza Zərgərli bu ittihamı mənə qarşı necə irəli sürə bilər? Şou yaratmaq üçün, Allah köməyi olsun.

– Şou ərzində görünürdü ki, ciddi və sərt xarakterə malik xanımsınız, eyni zamanda da qürurlusunuz. Duruşunuzla seçilirdiniz. Bəlkə iştirakçılar sizin qürurunuzu kobudluq kimi qəbul etmişdilər…

– Çoxları dedi ki, oyun ərzində iştirakçılar arasında çox seçilirdim. Onlar mənim ancaq kobudluğumu, aqressivliyimi, əsəbiliyimi qeyd edə bilərlər. Bu deyilənlərlə razıyam, təki mənim ünvanıma başqa sözlər deyilməsin! Təki bir Azərbaycan qadını kimi mərdliyimi, cəsurluğumu və qürurumu itirməyim. Həmişə dik durmuşam, heç kim haqqımda artıq-əskik danışa bilməz. Çünki heç vaxt buna imkan verməmişəm. Nüfuzuma və danışığıma hər zaman diqqət yetirmişəm.

– Həqiqətən deyildiyi kimi aqressiv insansınız?

– Yeganə mənfi cəhətim aqressivliyim ola bilər. İnsanıq da, bəzi məqamlarda hamımız istəmədən çox emosional danışırıq. Emosional çıxışlarım verilişlərimdə də öz əksini tapır. Amma kadrarxasında nə baş verdiyini insanlar görmür. Yaşadıqlarımı görsəniz, bəlkə ondan sonra nələr çəkdiyimi anlayarsınız. İş rejimim gərgindir, mümkün deyil ki, emosionallığımı həmişə cilovlaya bilim. Mən yenə də bacardım.

Nə yaxşı ki, o verilişdəkilərlə nə dostam, nə də rəfiqəyəm. Qoy, onlar qruplaşsın, çünki onların sirri də, işi-gücü də birdir. Onların qazanında qaynamamışam, qaynamayacağam da.

– Maşın əldən getdiyi üçün təəssüfləndiniz?

– Təəssüflənmədim, o maşının yerinə fincan qoysaydılar da, uğrunda mübarizə aparacaqdım. Biz verilişə gəlməzdən əvvəl müqavilə imzalayırıq və onun şərtlərinə riayət etməliyik. Çox ağır şərtləri var. Sadəcə mərdi-mərdanə oyunumu oynamalı idim.

Şükür Allaha ki, maşınım var. Ondan ötrü niyə heyfsilənməliyəm ki? Öz ayaqları üzərində durmağı bacaran güclü xanımam, işləyib pul qazanıram. Yenidən öz işimə qayıdacam. Heç nə itirmədim, əskinə, tamaşaçıların hörmətini qazandım.

– Hamıya qarşı tək mübarizə aparmaq çətin deyildi ki?

– Mərd oyunçu kimi mübarizə apardım, amma tək insanla yox, doqquz nəfərlə. Yenə də özümü qalib hesab edirəm, çünki mən bir nəfərin yox, doqquz nəfərin qərarı ilə oyundan çıxarıldım.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4794   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043