Nazir 3 böyük problemdən DANIŞDI - FOTOLAR

Nazir 3 böyük problemdən DANIŞDI - FOTOLARAvropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib.

Vergilər Nazirliyindən BiG.AZ-a verillən məlumata görə, forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Qeyd edilib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.

Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinn 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.

Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: "Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır".

Vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.

M.Cabbarovun sözlərinə görə, vergi yoxlamalarının sayı ilə keyfiyyəti arasında əlaqə fərqli şəkildə qurulmalıdır. Bu ilin ilk 4 ayında Vergilər Nazirtliyi tərəfindən keçirilən səyyar vergi yoxlamalarının dinamikasına əsasən, onların sayı ötən ilin müvafiq dövrünə nisbətən 40% azalıb və bu siyasət davam etdiriləcəkdir.

Vergilər naziri biznes nümayəndələrinə və onların ictimai təşkilatlarına müraciət edərək vergi sahəsi ilə bağlı bütün təkliflərini Vergilər Nazirliyinə ünvanlamağa çağırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 925   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 235
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 283
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 51
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 255
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 811
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 129
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 494
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 293
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 450