"Müstəqil Kürdüstan"dövləti İsrail parlamentində

"Müstəqil Kürdüstan"dövləti İsrail parlamentində"Knesset-İsrailin qanunverici orqanı Yaxın Şərqin siyasi xəritəsini dəyişmək üçün konkret hərəkətə keçib".

Bunu BiG.AZ-a açıqlamasında  deputat Zahid Oruc deyib. 

Deputat vurğulayıb ki, parlamentin əsas partiyaları "müstəqil Kürdüstan" dövlətinin tanınmasını nəzərdə tutan layihəni müzakirəyə təqdim ediblər və görünən odur ki, hazırda hakimiyyətdə olan iki siyasi qüvvənin təşəbbüsü onların rəhbərlərinin prinsipial mövqeyindən irəli gəlir, cari maraqların məcmusu deyil və belədə sənədin qəbuluna şübhə yeri qalmır: "Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müvafiq olaraq, "Likud və İsrail-bizim ev" təşkilatları son bir ildə fəal şəkildə kürdlərin siyasi haqlarını qlobal-regional müstəviyə daşımağa çalışıblar və hazırki cəhdlər də daxildə xal uğrunda yarışdan daha çox milli mənafelərə cavab verən strategiya təsiri bağışlayır. Əslində ötən ilin sentyabrında İraqın bölünməsinə xidmət edən müstəqillik referendumu bir çoxlarının nəzərində Suriyadakı məğlubiyyətin əvəzini kürd dövlətini qurmaqla çıxmağa çalışan Qərbin İŞİD erasının bitməsindən dolayı ehtiyat tədbiri sayıla bilərdi.Elə o zaman bir çoxlarının tərəddüdlü davranışlarına rəğmən Tel-Əviv xalq səsverməsinin nəticələrini tanımağa qalxdı.O biri yandan, Ağ Evdən verilən reaksiyalar İrak və Türkiyə hökumətini sakitləşdirməyə xidmət etsə də, o zamankı dövlət katibi Reks Tillersonun Məsud Bərzaniyə məxfi məktublarında peşmərgələrin Əsəd rejimi və terror əleyhinə mübarizələrinin yekununda ələ keçirdikləri ərazilərdə hansı bayrağı qaldırmaları açıq göstərilirdi.Deməli, ən azı iki güclü siyasi paytaxtın razılaşması olmadan kiminsə belə təhlükəli nəticələr doğuran separatizmə özbaşına əl atması mümkün deyildi.Qan tökməyin və islam mücahidləri ilə savaşda itkilərə məruz qalmağın mükafatı başqa cür verilməliydi.Hər halda Yaxın Şərqin ən döyüşkən xalqını silah və pul cəhətdən əldə saxlayanlar vuruşmağa qadir bir milləti gələcəkdə ən azı 3 hədəfə qarşı yönəldə biləcəkdilər. Ankaradan verilən sərt reaksiyaların və hədələrin, Tehranın İrakın o vaxtkı hökumətinə göstərdiyi əskəri yardımın nəticəsində nəinki müstəqilləşmə hərəkatını boğmaq mümkün oldu, eləcə də Şimali Kürdüstan Mosul və Kərkük ətrafında onun üçün çox əhəmiyyətli əraziləri də itirdi.Təbii ki, İsrail o vaxtlar qeyri-rəsmi qaydada aldığı neft sisternlərinə görə yalnız daxili yanacaq tələbatını ödəməyin arxasınca getmirdi, eləcə də Bərzani klanı Bağdadın razılığı olmadan yaxın qonşularına ixrac etdiyi enerji resursundan qazandığı pulları dövlətçiliyini qorumağa yönəldirdi və hamıya aydın idi ki, əgər boru kəmərləri bağlansa, nə döyüşən ordunu ayaqda saxlamaq mümkün olacaq, nə də hakimiyyəti".

"Müstəqil Kürdüstan"dövləti İsrail parlamentindəZahid Oruc onu da vurğulayıb ki,  əsas məsələ Yaxın Şərqdə İranın artan hərbi iştirakının qarşısını almaqdır.Əgər yaxın bir neçə ilin hadisələrini təkrar xatırlasaq, 4 il əvvəl Əsəd rejiminin yıxılması hamıya qaçılmaz görünürdü: "O zaman Rusiya və Türkiyənin münasibətləri kifayət qədər yüksək səviyyədə də olsa, Tehranın xarici siyasət təşəbbüsləri Moskva və Ankara tərəfindən müdafiə olunmurdu. Qərbin Parisdə və Londonda yaratdığı böyük koalisiyaların Suriyanın siyasi gələcəyini tam öz əlinə aldığı bir zamanda dövrəyə heç kəsin ağlına gəlməyən "üçlərin ittifaqı" girdi.Əsədin ölkəsinə tam nəzarəti itirdiyi şəraitdə mürəkkəb hərbi teatr səhnəsinə Türkiyədən, Rusiyadan real silahlı dəstək almaq həqiqətən də o vaxtkı İran siyasətinin uğuru sayıla bilər. Nəticədə Yaxın Şərq arealında ən azı Hizbulahdan,Yəmən şiə dəstələrindən və Pakistandan gələn eyni dini məzhəb daşıyıcılarının hesabına o regionda böyük nüfuza yiyələnmiş İran hərbi generalı Qasım Süleymaninin rəhbərliyi altındakı qüvvələrin sayı 120 minə çatdı.ABŞ və İsrailin son aylar ərzində şiə ordualrı bazalarına endirdikləri zərbələrin sayı-hesabı olmasa da böyük regional savaş açaraq bütün İran silahlı birləşmələrini Suriyadan çıxarmaq real görünmür. Əvəzində İrakda seçkilərdən sonra hakimiyyəti formalaşdırmaq uğrunda mübarizə yenidən şiddətlənib.Müqtəda əs Sədrin bütün cəhdlərinə baxmayaraq, özünün geniş əlaqələri və məxfi kanalları hesabına general Süleymani Qərbin istədiyi rejimin qarşısına fərqli bir koalisiya ilə çıxmağa çalışır.Belə şəraitdə kürdlər də İranın müttəfiqi kimi qarşıdakı siyasi layihələrdə iştirak etməyə qadirdilər. Ağ Evin İran əleyhinə son həmlələri həmin siyasətin ayrılmaz hissəsi olan İsrailin ultimatumlarını daha da gücləndirib.Günlər öncə Netanyahu Tehran rejimini Suriyadan çıxmağa çağırdı, hətta BMT-də onları 3-cü ölkələrdə müharibə aparmağı qadağan edən qətnamə çıxardılar, amma Xamenei xanədanını bu yolla böyük islam coğrafiyasının yenidən bölüşdürüləməsi uğrundakı qanlı savaşlardan uzaqlaşdırmaq o qədər real deyil.Ona görə də hamı kürd kartından öz mənafeyi üçün yararlanıb balansı təmin etməyə çalışır.Amma Türkiyə son aylar daha mütəhhərik siyasət yürüdürək, özünü çox uğurlu bir şəkildə kürdlərin də vətəni və dövləti kimi aparmağa çalışır, o biri yandan İsrailin artan təzyiqinin qarşısını almaq üçün ilk növbədə, Birləşmiş Ştatlarla dil taparaq, regiona ixrac edilən xaosun, yəni, silah və maliyyə kütləsinin qarşısını kəsməyə cəhd edir".

Deputat söyləyib ki, o biri yandan İran 9 mayda Putinlə çiyin-çiyinə faşizm üzərində qələbənin 73-cü ildönümünü qeyd edən İsrail rəhbərinin rus dövlət başçısı ilə Yaxın Şərqdə uzlaşma tapacağından ehtiyatlanaraq, Suriyada yaranmış müvəqqəti pauzanın yerini daha amansız müharibənin tutacağı təqdirdə ondan hansı yolla çıxacağını düşünür:  "Bəli,əsil absurd teatrı adlana bilər.Bəlkə də 2-ci dünya müharibəsının sonu belə dramatizmə malik olmamışdı.Yeni-yeni cəbhələr açmaq tələb olunur, lakin kimə qarşı? Nəticəsi nə olacaq? Hadisələrin gələcəyini proqnozlaşdırmaq üçün burada dahi olmağa ehtiyac yoxdur.İranın Yaxın Şərqdən qoparılması istəyi milyonlarla müsəlmanın itkisi və humanitar fəlakətinə səbəb olacaq. Ona görə də Kürdüstan dövlətini qanlı gölməçələrdə inşa etmək istəyi islam arealındakı qeyri-sabitliyi daha da gücləndirəcək. Digər tərəfdən, xaricdə saxlanan İran, Rusiya, Türkiyə, Səudiyyə və Amerika ordularını təmin və təchiz etmək milyardlarla dollara başa gəlir ki, bunlar da öz xalqlarının boğazından kəsilən vəsatilərdir.Nə vaxta qədər bu sümürgənliyin davam edəcəyini isə heç kəs bilmir.Obamanın mirasının təftişi üzərində Ağ Evə yiyələnən Donald Tramp administrasiyası düz 2 dəfə Suriyadan çıxacağını bəyan etsə də, regionu kiməsə verib sifətini tam itirərək meydandan çıxmaq istəmir.Onda haqlı olaraq, hər bir yerli vətəndaş soruşacaq ki, son 20 ildə xərclənən trilyonların nəticəsində əldə olunan sabit siyasi rejimlər, geosiyasi nailiyyətlər və iqtisadi qazanclar nədən ibarətdir?Lakin orası da var ki, ən qəzəbli seçici xarakteri iri media holdinqlərinin yaratdığı informasiya dumanında boğulub nəzərdən itir və bir də növbəti dünya ekspansiyası zamanı dirçəlib qulaq aparır". 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302