Qadınla cinsi əlaqədə olmaq istəyən oğlandan ŞOK ƏMƏL: yataq otağına gizlicə girib və...

Qadınla cinsi əlaqədə olmaq istəyən oğlandan ŞOK ƏMƏL: yataq otağına gizlicə girib və...Ucar rayonunda quldurluq etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Asiman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Asiman Vəliyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, Abbas Səhhət küçəsi, 27 saylı ünvanda yerləşən Çinarə Məmmədovanın (ad və soyad şərti verilib – red.) yaşadığı evə qanunsuz olaraq girib.

Evə basqın

O, Çinarəyə qarşı zorakılıq edərək, evinə basqın edib, onu iki əli ilə boğub, həmçinin yumruğu ilə sifət və baş nahiyəsindən dəfələrlə zərbə endirib.

Daha sonra Asiman Vəliyev qadının boynundan bir ədəd 583 əyarlı, 18 qram çəkidə, 900 manat dəyərində qızıl boyunbağısını, bir ədəd sadə qaşlı, 583 əyarlı,1,6 qram çəkidə, 80 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd qaşsız, 583 əyarlı, 1,5 qram çəkidə, 75 manat dəyərində qızıl qadın üzüyünü və digər qiymətli əşyalarını ələ keçirib, qadına ümumilikdə 2255 manat maddi ziyan vurub.

Quldurluq ittihamı

İstintaq orqanı tərəfindən Asiman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

"Məqsədim cinsi əlaqədə olmaq olub"

Təqsirləndirilən şəxs qismində ifadə verən Asiman Vəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O deyib ki, noyabrın 1-də evdə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı və münasibətdə olduğu Çinarə Məmmədovanın evinə gedib: "Çinarənin evinə getməkdə məqsədim onunla cinsi əlaqədə olmaq idi".

"Üstümdə pulun olmadığını gördü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çinarə Məmmədovanın evi Ucar şəhərində bazarın yaxınlığında yerləşib: "Çinarənin həyət qapısı açıq olduğundan həmişə olduğu kimi, bu dəfə də həmin qapıdan içəri girdim. Çinarə mənə gözləməyimi, bacısına dərman verib, evə qayıdacağını bildirdi. Çinarəni evdə gözlədim. Bir qədər sonra Çinarə evinə gəldi. Çinarə mənim içkili vəziyyətdə olduğumu, həmçinin üzərimdə pul olmadığını bildi. Bu səbəbdən mənə evindən çıxmağımı söylədi".

"Boğmamışam, dişlərini çıxardıb, satmamışam"

Asiman Vəliyev bildirib ki, həmin vaxt özündə olmadığı üçün Çinarəni itələyib: "Çinarə mənə 1000 manat pul təklif edərək, onu vurmamağımı bildirdi və sonra səs-küy saldı. Mən də Çinarənin səs-küy salmağından qorxdum. Onun üz nahiyəsindən 2 dəfə yumruqla vurdum. Sonra Çinarənin evindən 228 manat pulunu və kiçik çantasını götürərək getdim. Evdən çıxandan sonra çantanın içərisinə baxdım, çantanın içərisində qızıla bənzər əşyalar olduğunu gördüm, həmin əşyaları özümdə saxladım. Sonra həmin əşyaların qızıl olmadığını bildim. Bu səbəbdən həmin əşyaları Göyçay şəhərində bazarın arxasında çirkab su kanalının kənarına atdım. Mən Çinarə Məmmədovanı boğmamışam, onun dişlərini də çıxardıb, satmamışam. Törətdiyim əməldən peşmançılıq hissi keçirirəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Çinarə Məmmədova bildirib ki, o, həm Ucar rayonu Qazıqumlaq kəndindəki evində, həm də ki, Ucar şəhərində Ticarət Mərkəzinin yanında yerləşən evində yaşayır.

"Mənimlə zarafat etdiyini düşündüm"

Çinarə Məmmədovanın sözlərinə görə, özü yun alıb-satmaqla məşğul olub, adətən səhər 08.00-dan 13.00-a kimi işləyib: "Noyabrın 1-də səhər saatlarında yenə də həmişə olduğu kimi, Qazıqumlaq kəndindən Ucar şəhərindəki evimə gəldim, bir az yun satdıqdan sonra ərzaq almaq üçün bazara getdim. Bacım Sevil mağazada işlədiyindən onun yanına gedən zaman o biri bacımın Sevilin yanında olduğunu gördüm. Həmin bacımın dizinin yaralandığını gördüm, evinə yod gətirmək üçün geri qayıtdım. Yodu evimdən götürdüm və mağazaya bacımın yanına gəldim. Bundan sonra evə gəldim, həyət darvazasından içəri daxil olan zaman bir nəfər tanımadığım şəxs qəfildən üzərimə atıldı və iki əlləri ilə boğazımdan tutdu. Bir anlıq kiminsə mənimlə zarafat etdiyini düşündüm".

"Huşumu itirmişəm"

Çinarə Məmmədova qeyd edib ki, hadisədən sonra onun evinə girən şəxsin Asiman Vəliyev olduğunu bilib: "Asiman mənim iradəmə zidd olaraq sürüyə-sürüyə evin içərisinə aparıb, evdə məni döyməyə başlayıb. Onun özü çarpayıda əyləşib, məni də yerə yıxaraq başımdan yumruqla vurub. Bundan sonra nəfəs ala bilmədiyimdən xırıldamağa başlamışam və huşumu itirərək özümdən getmişəm".

"Kömək istədim"

Çinarə Məmmədova bildirib ki, bir müddət sonra boğazına dolan qanın xırıltısından ayılıb və sifətindən qan axdığını görüb: "Ayılanda divanın yanında olduğumu və divanın üstündə qan olduğunu gördüm. Asimanın məni divanın küncünə vuraraq döydüyünü düşünmüşəm. Çünki Asiman məni döydüyü zaman divana yaxın olmamışam. Asiman məni döyməyə başlayanda cibimdən mobil telefonunu götürərək, divanın üstünə atdığım üçün birtəhər qalxdım, divanda oturdum və mobil telefonla bacım Sevilə zəng etdim, ondan kömək istədim. Sevil evə gələnə qədər yavaş-yavaş qalxaraq çantama baxdım, çantamda 980 manat məbləğində pulumun olmadığını gördüm".

"Asimanla heç bir münasibətim olmayıb"

Zərərçəkmiş bildirib ki, boynunda olan 18 qramlıq qızıl boyunbağının, iki ədəd qızıl üzüyünü, çantasında olan qızıl olmayan üzük və bilərziklərinin, həmçinin ağzında olan 4 ədəd qızıl və iki ədəd titan dişinin qoparıldığını və 4 ədəd qızıl dişinin aparıldığını, titan dişlərinin isə yerdə olduğunu görüb.

O, Asiman Vəliyevin ona ümumilikdə 5000 manat maddi ziyan vurduğunu bilib: "Bundan sonra evə gələn təcili tibbi yardım avtomobili məni Ucar rayon Mərkəzi xəstəxanasına apardı. Asiman Vəliyevi əvvəllər tanımamışam, onunla heç bir münasibətim olmayıb".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asiman Vəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asiman Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Asiman Vəliyevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Asiman Vəliyevin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Asiman Vəliyevin barəsində təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 ilə endirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2995   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672