Arzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEO

Arzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOİyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" davam edib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu gün də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.

Heydər Əliyev Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub.

Qeyd edək ki, "Uşaq festivalı" iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub.

Park ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada müxtəlif idman və incəsənət meydançaları yaradılıb, uşaqlar küçə incəsənəti üçün ərazidə asfalt üzərində müxtəlif rəsmlər çəkib, kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.

Eyni zamanda parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar da quraşdırılıb.

Cizgi filmlərinin qəhrəmanlarının iştirakı ilə nağıllar aləminə səyahət təşkil olunub. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Həmçinin azyaşlılar üçün uşaq yaradıcılıq mərkəzləri və studiyalarının çıxışlarından ibarət konsert proqramı təqdim edilib.

Uşaqlar şahmat oynayıb, müxtəlif idman növləri üzrə master-klaslar təşkil olunub.

Heydər Əliyev Mərkəzinin parkında yaradılan maraqlı və sevilən zonalardan biri isə "Safari turu", "Mini ferma" olub. Burada azyaşlılar bir sıra heyvanlarla canlı tanış ola biliblər.

Qeyd edək ki, festivalın birinci günündə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Festival bu gün başa çatıb.

Arzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEOArzu Əliyeva oğlu ilə "Uşaq festivalı"nda – FOTO + VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3196   Tarix: 02 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264