Bu çimərliklərdə çimməyin – TƏHLÜKƏLİDİR – VİDEO

Bu çimərliklərdə çimməyin – TƏHLÜKƏLİDİR – VİDEOBəzi çimərliklərdə zərərli maddələr normadan artıqdır və bağırsaq çöpləri var.

ARB TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət edə biləcəyiniz və təhlükəli olan çimərliklərin adlarını açıqlayıb.

Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağı, Novxanı və Corat bağlarının sahil boyu ərazilərindəki çimərliklərin hazırkı dövrdə istifadəyə yararlı olduğu bildirilir. Lakin Sumqayıtda, Qaradağ rayonundakı Sahil və Şıx çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olduğu, bağırsaq çöplərinin mövcudluğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun hesab edilmir.

Mirsalam Qəmbərov – ETSN-in mütəxəssisi: "Çirklənmənin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənən axarların gətirdiyi tullantılar, ikincisi isə insanların burada istirahət etdiyi və fəaliyyəti nəticəsində yaranan yük".

Nazirlik eyni zamanda bu yay müşahidə ediləcək hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, iyul-avqust ərzində havanın temperaturu bəzi günlərdə iqlim normasından 5-6 dərəcə yüksək olacaq. Nazirliyin apardığı müqayisədə qeyd edilir ki, anomal istilərin müşahidə edildiyi 2006-cı ilin yayında digər illərə nisbətən insanların sağlamlığında neqativ hallar daha çox yaşanıb. Həmin il təcili tibbi yardım çağırışları 24% artıq olub. Qan-damar xəstəlikləri 35% artıb. Bu baxımdan Ekologiya və Təbii sərvətlər Nazirliyi əhaliyə müraciət edərək isti aylarda günəş şüaları altında uzun müddət qalmamağı məsləhət görür.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il ərzində çimərliklərdə qeydə alınan inzibati xətalara görə 200 akt tərtib edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 927   Tarix: 02 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. "Qafqazinfo"nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasın

14:24 334
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

10:26 239
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

14:11 238
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. Müğənni qeyd edib ki

15.04.2024 5223
.

Baş redaktor və müxbir həbs edildi

" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar. xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsini

15:47 174
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

14:32 179
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16:21 0