Goranboyda müəllim valideyni məhkəməyə verdi - 12 min manat təzminat istəyir

Goranboyda müəllim valideyni məhkəməyə verdi - 12 min manat təzminat istəyirGoranboy rayonunda müəllim şagirdinin valideynlərini məhkəməyə verib.

Rayonun Nizami kənd orta məktəbinin idaman müəllimi Tehran Əhməd oğlu Tağıyev həmin məktəbin 5-ci sinif şagirdinin nənəsi Tamilə Babayevanı və atası Akif Babayevi məhkəməyə verərək 12 000 manat təzminat tələb edib.

BiG.AZ xəbər verir ki, T.Babayeva "Report"un Qərb bürosuna bildirib ki, məktəbdə idman dərsi zamanı şagirdlər futbol oynayarkən qəfildən top onun nəvəsinin ayağında partlayıb: "Sonradan yeni top almaq üçün idman müəllimi şagirdlərin hərəsindən 1 manat olmaqla pul yığıb. Lakin mənim nəvəmdən 10 manat gətirməyi tələb edib. Nəvəm də bu pulu verməyə atasının imkanının olmadığını deyib. Tehran müəllim isə nəvəmə yeni alınan topla oynamağı qadağan edib. Bir gün idman dərsində nəvəm öz sinif yoldaşları ilə futbol oynayan zaman müəllim görüb və topu şagirdlərdən alaraq nəvəmi sinif yoldaşlarının yanında nalayiq sözlərlə təhqir edib. Uşaq evdə müəllimin ona dediklərini danışdıqdan sonra mən uşağın atası ilə birlikdə məktəbə getdim. Tehran müəllimə öz iradımı bildirdim. Dedim: "Utanmırsan!? Axı sən müəllimsən, sənə yaraşar 5-ci sinif şagirdini nalayiq ifadələrlə söyəsən!?" Tehran müəllim də tez öz mobil telefonunu götürüb Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək mənim onu təhqir etdiyim barədə məlumat verdi. Məktəbin direktoru müəllimi və məni sakitləşdirib bizi məktəbdən uzağlaşdırdı. Biz də çıxıb evə qayıtdıq".

O əlavə edib ki, baş verən hadisədən sonra nəvələrini həmin məktəbdən çıxarıb: "Mən hadisədən sonra məktəbdə oxuyan iki nəvəmi oradan çıxarıb Malaqan kənd orta məktəbinə qoydum. Aranın sakitləşdiyini düşünürdük. Bir də gördük ki, Goranboy Rayon Məhkəməsindən bizə bildiriş gəlib. Məlum oldu ki, Tehran müəllim məni və oğlumu məhkəməyə verərək guya onun şəxsiyyətini alçaltdığımıza görə hərəmizdən 5000 manat mənəvi, hərəmizdən 1000 manat isə maddi ziyan olmaqla ümumilikdə 12 000 manat bizə qarşı təzminat davası açıb. Əslində, günahkar müəlimin özüdür, mənim nəvəmi söyüb, təhqir edib, sinif yoldaşları arasında onun şəxsiyyətini alçaldıb. Sonra da bizi məhkəməyə verir. Biz bu təzminatı heç bir halda ödəyə bilmərik. Müəllim özü də bilir ki, kasıb ailəyik".

Məsələ ilə bağlı "Report"un Qərb bürosunun müxbiri Tehran Tağıyevlə əlaqə saxlayıb.

T.Tağıyev baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini və hadisəni məxfi saxlamaq istədiyini bildirib: "Məhkəməyə vermişəm, ya da verməmişəm, bunun heç kimə adiyyati yoxdur. Bu mənim işimdi, özüm bilərəm. Bu iş məxfi işdir və məkəmədə baxılacaq". Bunları deyən müəllim telefonunu söndürüb.

Nizami kənd orta məktəbinin direktoru "Report"a bildirib ki, məktəbin həyətində idman müəllimi Tehran Tağıyevlə şagirdin nənəsi Tamilə Babayevanı mübahisə edən zaman görüb: "Onlar mübahisə edə-edə mənim otağıma gəldilər. Mən hər iki tərəfi sakitləşdirməyə çalışdım. Gördüm mənə qulaq asmırlar, məktəbin gözətçisini çağırıb hər iki tərəfi - Tehran müəllimi və şagirdin nənəsini məktəbin həyətindən uzağlaşdırdım".

Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1105   Tarix: 31 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227