Azərbaycanlı "hörümçək adam": Bir günə orta hesabla 250-300 manat qazanıram – VİDEO

Azərbaycanlı "hörümçək adam": Bir günə orta hesabla 250-300 manat qazanıram – VİDEOSosial şəbəkədə yayılan video ilə məşhurlaşan gənc, əslən Masallı rayonu Həsənli kəndindən olan Sahil Dövlətovdur. Onu yaxınları "Milli hörümçək adam" ləqəbi ilə çağırırlar.

BiG.AZ bildirir ki, qısa zamanda "İnstagram" və "Facebook"da tanınan Sahil Dövlətov BAKU.WS-ə müsahibə verib.

Əvvəllər hərbi kəşfiyyatda işləyən Sahil Dövlətovun arzusu yenidən hərbiyə qayıtmaqdır. Hazırda subaydır və evlənmək istəmir.

S.Dövlətov müsahibəsində bu və digər maraqlı məqamlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:

– Çox təhlükəli işlə məşğul olursan. Həm də, bu işi heç bir təhlükəsizlik qaydalarına əməl etmədən edirsən. İlk öncə bu məsələyə aydınlıq gətirməyini istərdim…

– Mənim peşəm çox təhlükəlidir. Hər an oradan yıxılma və həyatımı itirmə təhlükəsi var. Ora qalxıb işləyəndə kəmər taxmaq olmur. Zəncir taxmaq lazımdır. Onu da gərək tikinti şirkətləri versinlər. Onu da vermirlər. Verməyəndə də canımızı təhlükəyə atıb işləyirik. İnsan gərək işini sevsin. İşimdən razıyam və sevirəm.

2013-cü ildən bu işə başlamışam. Bir usta ilə tanış oldum və onun yanında bir günə öyrəndim. Sonra isə dəmirləri özüm qurmağa başladım. Bizim işimizin adı usta gedir. Gündəlik kvadrata işləyirik. Nə qədər çox dəmir qursam, o qədər də çox qazanmaq olar.

– Qazancdan söz düşmüşkən, gündə nə qədər qazancın olur?

– Bir günə 250-300 manat çıxır. Elə olur ki, 10-15 gün iş olur, bir binanın qarşısında dəmirləri qurub qurtarırıq. 3000 manat qazanırıq. Bir də görürsən bir ay iş olmur. Bu zaman gözləyirəm. Iş olmayanda qazandığımı xərcləyirəm. Bəzən iş çox olur, dayanmadan, dincəlmədən işləyirəm.

– Bəs fasiləsiz işləyəndə yorulmursan ki?

– Yoruluram, bəzən günortaya qədər işləyirəm. Görürəm ki, 200 manat işləmişəm. Gedirəm evə dincəlməyə. Danışırıq ki, binanı 15 günə təhvil verəcəyik. Tez işləyəcəm, tez qurtarıb, pulumu alacam. Gec işləyəndə isə qazanc az olur, xərclər isə çox.

– İndiyə qədər hansı hündürlükdə işləmisən?

– Hələlik, Bakıda, Ağ Şəhərdə 32 mərtəbəli binalarda işləmişəm. Biri var hündürlüyə çıxmaq və dayanmaq, bir də var, həmin hündürlükdə işləmək. Mən istənilən hündürlükdə 5 dəqiqə durduqdan sonra gözüm alışır və orada rahat şəkildə işləyə bilirəm. Hündürlük qorxum yoxdur. Hardasa 65-70 metr hündürlükdə işləmişəm.

– Hansısa idman növünə marağın olubmu?

– Alpinizmdə təlimçi işləmişəm.

– İndiyə qədər hansı uğurlar qazanmısan?

– Bir işi diqqətlə izləyim, onu dərhal bacarıram. İstəyirəm daha irəli gedim. 20 yaşımdan işləyirəm, indi 25 yaşım var. Lakin bu işlə heç nə edə bilməmişəm. Cavanlığım gedir. Kanallarda verilişə də çıxmışam. Lakin mənə uyğun normal maaşlı iş tapa bilmirəm ki, işimi davam edim.

– Hündürlükdən yıxılma təhlükəsi olubmu?

– Bir dəfə yay ayında çəkələkdə işləyirdim. Qəfil bir anlığa əlim sürüşdü. Onda 4-cü mərtəbədə idim. Allah saxladı ki, dəmirdən çölə düşmədim. Dəmirlərə dəyə-dəyə sonuncu mərtəbədə ilişib qaldım. Həmin günü məni oradan uzaqlaşdırdılar. Əslində həmin tikinti şirkətinə də haqq verirəm. Onlar da çörək qazanırlar və işlərini itirmək istəmirlər. Mənə nəsə olsaydı, məsuliyyət daşıyacaqdılar. Binadan nə qədər istəsən tikə bilərsən, lakin bir insanı yarada bilməzsən.

– Niyə özünü təhlükəyə atırsan?

– Əslində bu işi görəndə təhlükəsizlik kəməri mənə mane olur. Çünki iş görən zaman bir yerdə qalmıram. Qurduğum taxtanı üst qata yerləşdirirəm. Bu zaman təhlükəsizlik kəməri uzun olmalıdır. Tikinti şirkəti gərək işçilərə uzun təhlükəsizlik kəməri versin. İşçi formaları əynimizə böyük olur. Bu zaman işçilər böyük formanı geyinəndə əziyyət çəkirlər. Düzdür mən forma geyinmirəm. Kəmərlə hərəkət edəndə bir də görəcəksən ki, dartılır və saxlayır. Əlimdə tutduğum dəmir də bir yandan mane olacaq. Bu zaman bədbəxt hadisə baş verə bilər. Bu işin yöntəmi budur. Cəld işləməyim üçün kəmər mane olur.

Bəzən sosial şəbəkələrdə şərhlərdə təhqiramiz sözlər yazırlar. Ünvanıma tənqidlər yazırlar. Niyə ünvanıma artıq-əskik sözlər yazırlar? Axı məni tanımırlar. Ora çıxıb, halal çörəyimi qazanıram. Gedib haram çörək qazanmıram. Məni düşünən varsa, şəxsən özümə yazsın. Mən də həmin adamın cavabını verim. İşin əslini başa salım. Yoxsa mənə ağılsız demək, etikadan çıxmış sözlər yazmaq düzgün deyil.

– Gələcəyini qurmaq üçün nə fikirləşirsən? Həmişə "hörümçək adam" kimi qalmaq istəyirsən?

– "Hörümçək adam" həmişə yaddaşlarda qalacaq. İş tapmayana qədər bunu bacarıram və işimi görəcəyəm. Əgər gündəlik 300 manat qazanıb, çatdıra bilmirəmsə, aylıq maaşla işləsəm, heç çatdıra bilmərəm.

Bəzən soruşurlar ki, niyə evlənmirsən? Bunun səbəbi isə çox sadədir. Dost-tanışın evlənib, necə çətinlik çəkdiklərini görmüşəm. Bəzən belə dostlar gəlib borc istəyirlər. Fikirləşirəm ki, ailə saxlamağın maddi çətinlikləri var. İstəmirəm ki, evlənib, kiminsə balasını bədbəxt edim.

– Bəs gələcəyini necə qurmaq istəyirsən?

– Uşaqlıqdan bir arzum olub. Bəlkə də gülməli çıxacaq, istəmişəm ki, maşınım olsun, taksi xidməti göstərim…

– Axı bayaq dedin ki, gündəlik 300 manat qazanırsan. Bu qazancla maşın ala bilərsən də. Bəs bu pullar hara gedir?

– Mən kirayədə qalıram. Bu iş də həmişə olmur. İndi 200 manatla bir marketə girib, 10 günün ərzağını güclə alırsan.

– Bəlkə israfçılıqla məşğul olursan, ona görə çatdıra bilmirsən?

– Qazandığım pula mal-qara alıram və kəndə göndərirəm. Valideynlərim orada yaşadıqlarına görə, heyvan alıb, ora göndərirəm. Mal-qaranın balalarını da bir müddətdən sonra satıram, qazanc götürürəm. Yəni təsərrüfatla məşğul oluram. Sözün düzü mən həqiqətən də israfçı olmuşam. Bu il başlayandan pul qazandıqca rayona göndərirəm. Mal-qara alırlar. Masallıda heyvan saxlamaq rahatdır. Ətraf yaşıllıqdır. Hazırda "ağıllanmışam".

– Ailədə neçə nəfərsiz?

– Anam, atam və bir qardaşım var. Qardaşım fəhlə işləyir. O məndən arıq və cansızdır. Əsəbidir.

– Sən də əsəbi görünürsən…

– Doğrudur, əsəbiyəm. Elə hərbidən çıxmağıma səbəb də əsəbi olmağımla bağlı olub. Lakin ən böyük arzum hərbiyə qayıtmaqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3087   Tarix: 30 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 152
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 541
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 177
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 341
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 739
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 360