Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)

Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)"Könlüm keçir Qarabağdan..." deməklə iş bitmir...

Azərbaycan 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Bu hərbi təcavüz nəticəsində 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Hələ də bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Müharibə şəraitində olan dövlətin hər şeydən öncə vətəndaşların sədaqətinə, sevgisinə, fədakarlığına ehtiyacı var. Vətən anadır və o, övladlarını seçmir. Nankorluq edən övlad isə Vətən üçün kəsilməyən barmaqdır. İstər qadın olsun, istər kişi - Vətən hamı üçün övladdır. Doğulan hər övlad isə əsgərdir.

Bəs, görəsən, şou-biznesin tanınmış simalarından kimlər öz hərbi borcunu yerinə yetirib?
Şou-biznesdə olan tanınmış kişi müğənnilərinin çoxu əsgərlik formasını yalnız kliplərində geyib, Qarabağı yalnız mahnılarda yada salıblar.

Həmin müğənniləri sizə təqdim edirik:

- "Xalq ulduzu" yarışmasının qalibi Eldəniz Məmmədov Füzuli rayonundandır.
1993-cü ildən işğal altında olan rayonun sakini hərbi xidmətdə olmayıb. Müğənni əsgərliyə getməməyinə belə aydınlıq gətirib: "Ailə vəziyyətim imkan vermədi əsgərlikdə olmağa. Evləndim, sonra uşaqlar oldu. Hərbi xidmət keçmək üçün vaxtım olmadı. Əsgərliyə getsəydim, səsimin forması dəyişəcəkdi. Bizim sənətimizdən olanların bir çoxu hərbi xidmətdə olmayıb".

- Müğənni Elton Hüseynəliyev işğal olunmuş Qubadlı rayonunda anadan olub. Lakin o da əsgər forması geyinməyənlər sırasındadır.

- Müğənni Ayaz Qasımov işğal olunan Ağdam rayonunda anadan olub. Hələ də əsgərliyin nə olduğunu bilmir.

- Hərbidən yayınan müğənnilərdən biri də Füzuli rayonundan anadan olan Zamiq Hüseynovdur.

- Tovuzlu Əbdül Xaliq və Ülvi Qılınc da hərbidə olmayıblar. Əbdül Xaliq əsgərlik keçmədiyini gözlərində olan zəifliklə əsaslandırıb. Ülvi Qılınc isə deyib ki, hüquq fakültəsində hərbi kafedra olduğu üçün hərbi xidmət keçməyinə ehtiyac olmayıb.

Müğənni İzzət Bağırov da hərbi formanı yalnız kliplərində geyinənlər sırasındadır.

Xalq artisti Faiq Ağayev, müğənni Abbas Bağırov, Emil Bədəlov. Yaşar, Elnur Məmmədov, "Şeron" qrupunun bütün üzvləri əsgər adı almaq şərəfindən məhrum olanlardır.

Rejissor Aqil M Quliyev hərbi xidmətdən yayınsa da Kənan MM xidməti borcunu yerinə yetirib.

Prodüser Tolik, stilist Samir, Anar Ağakişiyevin hərbi xidmət keçmədikləri bəlli olsa da, yenə özlərindən soruşduq. Düşündüklərimizdə yanılmadıq. Onlar da silahdan yan gəzən tanınmışlardır. Stilist Samir bildirib ki, uşaqlıqdan səhhətində problemlər olduğu üçün onu əsgər aparmayıblar: "Uşaq vaxtı iflic olmuşdum. Nə yeriyə bilirdim, nə də danışa. Ona görə də mənə olmaz əsgərliyə getmək". Tolik də əsgərlikdən yayınmasına eyni səbəb gətirib: "Səhhətimlə bağlı əsgərliyə getməmişəm. Hər 3 ildən bir komissiyadan keçirəm".

Müğənnilərdən Ədalət Şükürov, Nadir Qafarzadə, Faytonçu Nazim Sovet ordusunda xidmət keçiblər. Reper Hüseyn Dərya Qarabağ müharibəsi zamanı döyüşənlərdəndir. Müğənni Samir Bağırov, Röşən Civişov, aktyorlardan Fərda Xudaverdiyev, Rafael və Coşqun də hərbi xidmət borcunu yerinə yetiriblər.

P.S : Bəllidir ki, müğənnilərin ordudan yayınmalarına səbəb əsgərliyin çətin olması,hərbi xidmətdə itirdikləri vaxtı karyeralarının kölgədə qalmaq qorxusudur. Əgər bir insanın cəsarəti varsa, vətəninə sevgisi varsa bu onun üçün çətin ola bilməz. Dünyanın heç bir nöqtəsində əsgərlik istirahət bölgəsi deyil. Cəsarət o deyil ki, sən qorxmursan. Cəsarət odur ki, qorxunun səni əngəlləməsinə icazə vermirsən. Vətəni qorumaq hansısa bir müsabiqədə birinci yerə çıxmaq deyil, Qarabağa aid mahnılar vəsf edib, çalıb-oynamaq deyil. Vətəni qorumaq əldə silah onun keşiyində dayanmaqdır.

Mənbəə: Lent.Az

Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)Şou-biznesin əsgərlikdən qaçan məşhurları (Foto, Siyahı)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8937   Tarix: 02 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949