Bakıda banka hücum edib müştərini girov GÖTÜRDÜLƏR

Bakıda banka hücum edib müştərini girov GÖTÜRDÜLƏRBakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə ittiham olunan Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il yanvarın 18-də günorta saatlarında "Turan Bank" ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəflətən 51 yaşlı müştəri Səriyyə Nəcəfovanın boğaz nahiyəsinə bıçaq dirəyib. O, xəzinədar Kənan Miriyevdən pul verməyi tələb edib, əks halda, qadını öldürəcəyini deyib.

Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Mühafizə siqnalizasiyası işə düşüb, hadisə yerinə polis əməkdaşları gəlib. N.Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunub.

N. Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində külli miqdarda borcu olduğunu, bu üzdən əsəblərinin pozuduğunu göstərib: "Tutulmağımı istəyirdim. Ona görə cinayət törətdim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi. Kassada o qədər pul olacağını da bilməzdim, dedim yəqin 3-5 min olar. Özüm də konkret məbləğ istəməmişəm. Qohumlarımdan borc almışdım, 12 min 800 manat borcum var idi. Mənə elə gəlirdi ki, kimsə mənə xəsarət yetirə bilər, ona görə də, özümlə çörək bıçağı götürmüşdüm. Mənim hərəkətlərimin əksəriyyəti məntiqli deyildi".

N.Məmmədov törətdiyi əmələ görə peşman olduğunu söyləyib: "Etdiklərimə görə üzr istəyirəm. Qadın kassaya yaxın olduğu üçün məhz onu tutdum, başqa heç kəsə hədə-qorxu gəlmədim. Fikirləşdim, yəqin bir-iki il cəza alıb çıxaram. Bilsəydim buna görə məni 10-15 il cəza gözləyir, bunu etməzdim. Borclarımı bu günə kimi də ödəyə bilməmişəm".

N.Məmmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs həyat yoldaşından ayrılıb, üç övladına görə aliment ödəyir. Həmçinin, əsəb xəstəliyinə görə psixotrop maddələr qəbul edib. 2009-cu ildə Psixiatriya Xəstəxanasında müalicə olunub.

Məhkəmədə daha sonra şahidlər ifadə verib. Adıçəkilən bankın filialında şöbə müdiri işləyən Fərhad İsmayılov ifadəsində hadisə zamanı bankda olduğunu deyib: "Qadının boğazına bıçaq dirəyib dayanmışdı, ona pul verilməsini tələb edirdi, söyüşlər söyürdü. Danışıb sakitləşdirdik. Qadını buraxdı, mühafizəçilər gəldi, bundan sonra bıçağı yerə qoydu".

Təqsirləndirilən şəxsin qardaşı Nizami Məmmədov deyib ki, Nazimin 20 min manata yaxın borcu olduğunu bilib: "Hamıya, hətta mənə də borcu vardı. Düzdür, mən bunu borc hebab etmirdim. Özü deyirdi ki, bir neçə nəfərdən borc alıb, bezib onların əlindən, utanır. Hadisədən sonra da niyə belə etdiyini soruşdum, dedi gedib türmədə sakit oturmaq istəyirəm".

Məhkəmə prosesi iyunun 5 də davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1059   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 578
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 736
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 382
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 130
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 347
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1545
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 350
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 202
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 410