Azərbaycanda ana əkiz uşaqlarını 50 min manata satdı - Şok təfərrüat

Azərbaycanda ana əkiz uşaqlarını 50 min manata satdı - Şok təfərrüatXəbər verdiyimiz kimi, Azərbaycanda əkiz körpələr həkim tərəfindən oğurlanıb. Bununla bağlı Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə qaynatası ilə çıxan Xurşud məlumat verib. O bildirib ki, hazırda uşaqların 4 yaşı var. Uşaqların babası bildirib ki, uşaqlar yarımçıq doğulduğuna görə Leyla Şahmalı qızı uşaqları Gəncədən Bakıya gətirdi:

"4 ildir ki, Leyla bizi aldadır. Gah deyir Türkiyədədir, gah deyirlər Bakıdadır. Onun 2 saylı doğum evində işlədiyi deyilir. Ərinin adı Şahlardır. Biz bir il bundan qabaq xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan bildirildi ki, həmin uşaqlara bir ildir ki, sağlamlıq kağızı verilib. Onlar hazırda xəstəxanada deyil. Guya uşaqlar 3 il xəstəxanada yatıb. Bir il əvvəl Gəncə Rayon Məhkəməsinə müraciət etdik. Leyla məhkəməyə gəlmədiyi üçün məhkəmə təxirə salınıb. Bizə dedilər ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edək. Leylanın bir oğlu və qızı var. Oğlunun övladı olmur. Gəlnimizə Leyla deyib ki, sənin sonra da övladın ola bilər. Amma mənim gəlinim ana ola bilməyəcək".

BiG.AZ xəbər verir ki, verilişin bugünki buraxılışında məsələnin bəzi təfərrüatları bəlli olub. Belə ki, gəlinləri Xurşudun xəstəxanada deyil, evdə doğum etməsi bəlli olub. Uşağın nənəsi bunları deyib:

"Leyla Şahmalı gəlinimi yatızdırıb, doğum etdirib. Biz çatana kimi uşaqlar Leyla tərəfindən artıq aparılmışdı".

Efirə bağlanan Xurşud isə deyib ki, Leyla həkimlə birlikdə Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında həkim yoxlanışından keçdim: " O, bildirdi ki, uşaq ölə bilər. Mənim uşaqların Leyla həkimin evində dünyaya gəlib. Yanında 3 tibb bacısı da var idi. Tibb bacılarının adları Aytən, İradə idi. Digər tibb bacısı yaşlı idi. Amma adını bilmirəm. Leyla iddia edir ki, qaynananla, qaynatan məndən pul istəyir. Sabah pulu aparıb Xəzər televiziyasında təqdim edəcəm. Mən Leylaya 250 manat doğum üçün pul ödəmişəm. Uşaqlarım yarımçıq doğulduğu üçün Leyla mənə dedi ki, xaricə aparmaq üçün 50 min manat pul lazım olacaq. Ağciyərlərində problem var idi. Dedi ki, hazır donor da var. Mənim ona verməyə 50 min manatım yox idi. Evdə də məsləhətləşdik. Razılaşmamızda o yöndə oldu ki, o uşaqları müalicə etdirəcək. Xərclənən pul da uşaqların sosial kartından ödənilər. Sosial kartda düzəldi. Bu gün də deyir sizin mənə 50 min manat borcunuz var. Heç bir sənət üzərində razılaşma olmayıb. Mən o pulu ödəməyə də razıyam. Təki uşaqlarımı qaytarsın. 2 ay bundan qabaq mənə dedi ki, neyləyirsən o xəstə uşaqları. Get birini də dünyaya gətir. Mən uşaqlarımı geri istəyirəm. Leyla məndən başqa digər xəstələri evdə doğuzdurub. Bir neçə dəfə məndə onunla getmişəm ".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2642   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568