Sığorta işçiləri: 60 azn ver, WhatsApp-la texniki baxışdan keçirək

Sığorta işçiləri: 60 azn ver, WhatsApp-la texniki baxışdan keçirəkSon günlər Bakıda avtomobillərin texniki baxışdan keçirilməsilə bağlı sürücülərə müxtəlif qeyri-qanuni təkliflər gəlir. Hətta yanacaqdoldurma məntəqələrində sığorta agentləri sürücülərə açıq şəkildə belə təkliflər etməkdən çəkinmirlər.

BAKU.WS xəbər verir ki, onlar sürücülərə yaxınlaşıb bildirirlər ki, sürücü avtomobilini texniki baxışdan keçirmək üçün yalnız avtomobilin "texpasport"nun surətini "WhatsApp" nömrəsinə göndərə bilər. Bununla da sürücü texniki baxışdan keçmək haqda birkanı almış olur.

Dövlət rüsumu 20 manat olduğu halda, sığortaçılar bu proseduru nə az, nə çox düz 60 manata edirlər.

Avtomobili texniki baxışdan keçirəcəyini bildirən şəxslərdən biri təklif etdiyi xidmətin tam qanun çərçivəsində olduğunu bildirir: "Qanunsuz olsaydı, mən bu işlə 6 ildir məşğul olmazdım".

Ekspertlərin fikrinə görə isə bu cür hallar qanunsuzdur və yolverilməzdir. Avtostop layihəsinin rəhbəri Tural Yusifov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu cür hallar araşdırılmalı və həmin adamlar məsuliyyətə cəlb edilməlidir. Ekspert bildirib ki, bu cür hallarda yanacaqdoldurma məntəqələrinin də məsuliyyəti artmış olur. Onlar ərazilərində qeyri-qanuni fəaliyyətin aparılmasına şərait yaratmamalıdırlar.

Sığorta işçiləri: 60 azn ver, WhatsApp-la texniki baxışdan keçirəkEkspert bildirib ki, belə hallarda yol polisinin də üzərinə böyük məsuliyyət düşür: "Əgər həmin şəxslərin əlində orijinal texniki baxış birkaları varsa, burada yol polisinin məsuliyyəti var. Burada əsas problem texniki baxış birkalarının kimlərinsə əlində olmasıdır. Həmin şəxslər küçələrdə gəzirlər. Onlar birkaları oğurlamayıb axı. Birkaları onlara yol polisindən kimlərsə verib. Tapmaq lazımdır ki, o birkaları kimlər çap edib. Hər il texniki baxış birkası dəyişir. Onun etiketini yol polisindən başqa heç kim bilmir".

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, belə hallar yolverilməzdir.

Sığorta işçiləri: 60 azn ver, WhatsApp-la texniki baxışdan keçirək"Texniki baxış yalnız DYP-nin texniki müayinə mərkəzlərində keçirilməlidir. Sürücülər Bakıda Maştağa qəsəbəsində yerləşən texniki müayinə mərkəzində və regionların özünün texniki müayinə mərkəzlərində avtomobili texniki servisdən keçirə bilərlər. Yanacaqdoldurma məntəqələrində yaxud digər müəssisələrdə kimsə yaxınlaşıb texniki sevris təqdim edirsə, bu tamamilə qanunsuz və yolverilməz bir şeydir", - deyə Rüfət Quliyev bildirib.

Yol polisi deyir ki, vətəndaşlar həmin dəllallara inanmamalı və qanunsuz əmələ şərik olmamalıdırlar:

"Dəqiq bilmirəm həmin texniki baxış birkalarını hansı şəraitdə düzəldirlər. Dövlət Yol Polisi tövsiyyə edir ki, texniki nəqliyyat vasitələrini texniki müayinə mərkəzlərinə təqdim etsinlər. Bundan əvvəl nəqliyyat vasitəsi və sürücü barəsində hər hansı bir inzibati protokol varsa, onun ödənişini etsinlər. Sonra isə avtomobili texniki müayinə mərkəzlərində texniki baxışdan keçirsinlər. Belə məsələlərdə sürücülər inzibati məsuliyyət daşıyır. Biz dəfələrlə elan etmişik ki, hər hansı bir nəqliyyat vasitəsi yalnız texniki müayinə mərkəzlərində texniki baxışdan keçirilməlidir. Avtomobillərin yollarda, hansısa tanışın köməkliyilə texniki baxışdan keçirilməsi yolverilməzdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523