Azərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDAL

Azərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDALAzərbaycanda bir qrup müəllim Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünür.

BiG.AZ xəbər verir ki, bu barədə İnterpress.az-a daxil olan məlumatda deyilir. Məlumatda deyilir ki, "Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu" Təşkilat Komitəsi tərəfindən Azərbaycandan 39 nəfərlik müəllim heyyətinin dünyanın ən qabaqcıl təhsil ölkələrindən biri sayılan Finlandiyaya səfər etmək istəyi sonda Norveç səfirliyinin müdaxiləsi nəticəsində iflasa uğrayıb:

"Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırdıq. 24-29 may 2018-ci il tarixində Helsinkidə "Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu" adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq. Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi".

Qeyd olunur ki, müəllimlər Finlandiyaya getmək üçün viza məqsədiylə Norveç səfirliyinə müraciət edib. Amma səfirlik hansısa qərəzli səbəblərdən müraciət edən müəllimlərə viza verməkdən imtina edib.

Məlumata görə, Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün sözügedən şəxslərə bir neçə əsas səbəb göstərib. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmayıb, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməyib.

Müəllimlər isə iddia edir ki, bu səbəblərin hər biri əsassız iddialardır. Onların sözlərinə görə, Norveç səfirliyi tərəfindən adiyyatı qurumlara heç bir sorğu göndərilməyib, telefon, fax və ya email göndərilməyib:

"Norveç səfirliyi əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törətmişdir. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunmuşdur. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb".

Həmçinin, səfirlikdən bildirilib ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Müəllimlər isə bunu Norveç səfirliyinin Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirir.

Qeyd edək ki, sözügedən müəllimlərin hüquqlarının pozulması ilə bağlı Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

Azərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDALAzərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDALAzərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDALAzərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək - SKANDAL


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb". Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. "Baş katib tərəflər

16:50 0
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470