Qalmaqallı kosmetoloqun özünümüdafiə taktikası və onu ifşa edən ŞOK FAKTLAR - VİDEO+FOTO

Qalmaqallı kosmetoloqun özünümüdafiə taktikası və onu ifşa edən ŞOK FAKTLAR - VİDEO+FOTOAdı pasientləri ilə davada hallanan, onların dodaqlarını yandırmaqda günahlandırılan kosmetoloq Elnarə Rzayeva ittihamları qəbul etmir. Özü haqda yayılan xəbərləri süni dodaq gelinə qarşı mübarizə apardığına görə, rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan ''qara piar'' adlandırır.

E.Rzayeva dəfələrlə mətbuat və sosial şəbəkələr vasitəsilə bildirir ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. Bundan başqa, hamını inandırmağa çalışır ki, gelsiz və əməliyyat edilmədən burunun kiçildilməsini həyata keçirir. Hətta bu ''yeniliyinə'' görə xarici telekanallara dəvət edilməsi ilə öyünür. Elnarə Rzayevanın süni dodaq gelini məhv etmək, burunu kiçiltmək üçün vurduğu bir iynənin qiyməti 400 manatdır. Prosedurun 2 və ya 3 dəfə təkrarlanması mümkün olsa da, 400 manat bir seans üçün nəzərdə tutulub.

BiG.AZ Criminal.az-a istinadən xəbər verir ki, süni dodaq geli ilə mübarizə apardığını deyən E.Rzayeva əslində özü də bu prosesdə iştirakçıdır. O, izləyicilərinin ''süni dodaq geli vursunuzmu'' suallarına müsbət cavab verir, hətta qiymətlərini də açıqlayır. Bu fakt göstərir ki, E.Rzayevanın süni dodaq geli ilə mübarizəsinə görə rəqibləri tərəfindən hücum edilməsi ilə bağlı fikirləri özünümüdafiədir. E.Rzayeva bir ədədi 400 manat olan ''sehrli'' iynə haqda isə açıqlama vermir.

Məhşur Estetik və Plastik Cərrahiyyə Uzmanı Mircəfər Seyid süni dodaq gelinin iynə vasitəsilə və əməıliyyatsız yox edilməsini tam inkar edir. O, Criminal.az saytına açıqlamasında bildirdi ki, uzun illər ərzində Azərbaycanda silikon biopolimer inyeksiya olunan yüzlərlə insan var. Onların bir çoxu, xüsusilə allergik insanlar böyük problemlərlə üzləşirlər. İnsanlar çox vaxt silikon gel ilə silikon implant qarışdırılır. Bunlar fərqli materiallardır. Silikon impolantlar orqanizmdə ömürlük qalar və hər hansı zərərli təsiri olmaz. Ancaq silikon gel barədə bunu demək çətindir.

Cərrahın sözlərinə görə, silion gellər bədən tərəfindən sorulmayan və kənarlaşdırılmayan, zaman keçdikcə fibrotik toxuma dediyimiz yad toxumaya çevrilən meterialdır: ''Xusisilə iki-üç il ərzində problem çıxartmayıb, ondan sonra daha fərqli assimetriya və deformasiyalar əmələ gətirir. Həm morfolojik, yəni quruluş olaraq, həm də funksional problemləri bərəbarində gətirməkdədir. Ölkəmizdə dodağa süni gel inyeksiyası olunan xeyli sayda qadınlar var. Onlar düşünürlər ki, həmin gel tamimlə çıxarıla bilir və ya hər hansı prosedurla əridilə bilir. Təəssüf ki, əlimizdə belə bir imkanlar yoxdur. Xüsusən dodaq nahiyəsində olan vulqar görüntünün, deformasiya və assimmetriyaların ləğvi üçün cərrahi müdaxilə lazımdır. Ancaq bu da suni gelin tamamilə insan oranizmindən kənarlaşdırılması anlamına gəlmir. Gelin müəyyən hissəsi çıxarılır. Burda məqsəd deformasiyanın aradan qaldırılması, vulqar görüntünün ləğv olunmasıdır''.

M.Seyid qeyd edir ki, süni gelin digər alternativ üsullar - əridərək çıxarmalar, iynə inyeksiyaları ilə əridilmə absurd fikirlərdir: ''Çünki suni gel bədəndən xaric olunmur. Bəzən üzün digər nahiyələrində, xüsusən üz sinirinə yaxın nahiyələrdə olduqda süni gelin çıxarılması daha təhlükəlidir. Üz sinirinin iflici kimi problemlərə gətirib çıxara bilər. Digər alternativlər arasında bəzi mütəxəssilər suni gelin tamamilə çıxarılacağını söyləyirlər və dodağın içərisində olan bütün əzələlərlə, struktur toxumalarla birlikdə geli çıxarmağa çalışarkən dodaqda funksional problemlər, qidalanma və ya digər dodaq hərəkətləri əsnasında dodağın funksiyasının pozulması kimi aktlar meydana gəlir. Burda əsas məqsəd vulqar görüntünün və assimetriyanın aradan qaldırılmasıdır. Amma silikon gel iniyeksiyası sonrası problemlər tamamən aradan qalxmır. Bu gunumuzdə də süni gel vurduran insanlar, onu həyata keçirən mütəxəssislər var. İllər öncəyə baxanda bunun sayı qat-qat azalıb''.

Yada salaq ki, E.Rzayevanın əməliyatsız, iynə ilə suni dodaq gelinin məhv edilməsi proseduru da uğursuz nəticələr verib. Onun prosedurlarının qurbanı olduğunu deyən bir neçə şikayətçi Criminal.az saytına üz tuturaq dodaqlarının yandırıldığını, burunlarının isə iynədən sonra kiçilmədiyini bildirmişdi. Onlar arasında Validə Firidunova, Aygün Məmmədova, G.O-ova, X.F.-eva və digərləri var. Onlar başlarına gələnlərə bağlı E.Rzayevaya müraciət edəndə təhqir və şantajlara məruz qaldıqlarından hüquq-mühafizə orqanlarıa müraciət ediblər.

Hazırda V.Firidunovanın döyülməsi ilə bağlı E.Rzayevanın barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. X.F-yeva, G.O-ova, A.Məmmədova digər bir neçə pasient paytaxtın müxtəlif rayon Məhəkəmələrində E.Rzayevaya qarşı iddia qaldırıblar.

Bu istiqamətdə araşdırmalarmızıı davam etdiririk. Yaxın günlərdə özünü E.Rzayevanın prosedurunun qurbanı hesab edən şəxslərlə bağlı materialları oxuculara təqdim edəcəyik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2968   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261