Çayın dəmlənilmə və içilmə qaydası

Çayın dəmlənilmə və içilmə qaydasıGündəlik rasionda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər onun içilmə qaydası, yaşıl çayla qara çayın fərqi və qəbul qaydası haqqında kifayət qədər məlumatlı olmurlar.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, çay xammal, yəni yaşıl çay şəklində istifadə olunanda çox faydalı dərman bitkisidir, gündəlik istifadə edilən qara çay isə yarpaqları yığılandan sonra fermentləşdirilmə yolu ilə alınır. Fermentləşmə prosesi əslində çox sadə üsulla aparılır. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, təqribən 29 dərəcəyədək isidilmiş, nəm, lakin yaxşı havalanan otaqlarda bir neçə həftə saxlanılır, nəticədə yarpaqların rəngi qaralır.

Yaşıl çayın alınmasında qurutma daha qısa müddətdə aparılır və çay yarpaqları özünün təbii yaşıl rəngini saxlayır. Eyni xammaldan alınmasına baxmayaraq adi qara çayla yaşıl çay arasında çox böyük fərq var: yaşıl çay vitamin və mineral tərkibinə görə qara çaydan üstündür. Yalnız kofeinin miqdarının qara çayın tərkibində yaşıl çaydan on dəfə çoxluğu qara çayın zərərinin bir o qədər yüksək olması deməkdir.

Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərsə də, onun gündə 1-2 stəkandan artıq içilməməsi məsləhətdir. Qara çay orqanizmdə turşu mühitini yüksəldir, bununla da müalicəyə çətin tabe olan xəstəliklərin yaranmasına şərait yaradır. Qara çay həm də xörəklərin tərkibindəki vitamin və mineralların, xüsusilə də dəmir və kalsiumun sorulmasının qarşısını alır. Elə buna görə də tünd çay içənlər arasında anemiya və osteoporoz kimi xəstəliklərin rast gəlmə faizi yüksək olur.

Çay içəndən sonra əhval-ruhiyyənin yüksəlməsi, zehni qabiliyyətin müvəqqəti yaxşılaşması onun tərkibindəki kofeinlə əlaqədardır. Lakin kofein alışqanlıq yaradan maddə olduğundan çay və qəhvə kimi içkilərin qəbuluna ara vermək bir qədər çətin olur.

Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çayniki çini materialdan olandır.

Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.

Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var.

Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir.

Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir.

Qırmızı çay- dəmləmək üçün 0,5 çay qaşığı çay üzərinə 200 ml 90-95 dərəcə olan su tökülür və 5 dəqiqə dəmlənilir.

Ağ çay - 2 çay qaşığı quru çayın üzərinə 200 ml 50-70 dərəcə temperaturda olan su tökülür və 5 dəqiqə dəmlənir.

Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.

5 dəqiqə sonra içilərsə, oyadıcı, 6 dəqiqə sonra içildikdə isə artıq sadəcə ləzzətli içki sayılır.

Təzə dəmlənilmiş çay ilk 15 dəqiqə ərzində içilməlidir, daha sonra onun bütün faydalı xüsusiyyətləri itir, 7-8 saatdan sonra isə artıq zərərli maddələr ifraz edərək orqanizmə təhlükə törədə bilər. Ona görə çoxdan dəmlənmiş çayı içmək qətiyyən məsləhət deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2632   Tarix: 26 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659