Xəstəni xərəkdən yerə yıxaraq öldürdülər

Xəstəni xərəkdən yerə yıxaraq öldürdülər

Rusiyada 90 yaşlı təqaüdçü həkim ehtiyatsızlığından dünyasını dəyişib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, sosial şəbəkələrdə həkimlərin qadını xərəkdən yerə saldığı videogörüntü yer alıb. Video kadrlarda görünür ki, həkimlər təqaüdçünü aşırıblar, onun başı yerə dəyib və ölüb.
Müəyyən edilib ki, qadın 1928-ci ildə anadan olub. Mayın 24-də onu ürək çatışmazlığı ilə xəstəxanaya aparıblar. Təcili yardımın həkimləri qadını kardioloji şöbəyə çatdırıblar. Amma burada onun halı pisləşib. Bundan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib. Yaşlı qadını reanimasiya şöbəsinə aparan zaman xərək çevrilib və qadın asfaltın üzərinə düşüb. Qadın reanimasiyaya sağ çatdırılsa da, az sonra dünyasını dəyişib.

Hazırda hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1345 Tarix: 26.05.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
SVEROKLANA
SVEROKLANA 27.05.2018
Indiki hekimler bisavadi adamin qedsine durublar


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər