Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTO

Azərbaycanlı tanınmış iş adamı gəlinini hədələdi: "Sənin Allahın varsa, mənim də pulum var" - FOTO

Bakı şəhər sakini, 39 yaşlı Humay Hüseynovanın yaşadığı ağır ailə dramı hər hansı bir serialın süjet xətti ola bilər.

Əvvəllər hər şey yaxşı, öz axarı ilə gedib. Amma keçmiş qayınatası Vəli Vəliyev yol təsərrüfatına rəhbər təyin ediləndən sonra həyatı dəyişib. Əhmədlidəki 4 otaqlı evdən "Milyonerlər məhəlləsi" kimi tanınan küçədə 4 mərtəbəli villaya köçüblər. Amma orada ona gəlin kimi baxmayıblar, əsl qul rəftarı görüb, döyülüb, təhqir edilib. Keçirdiyi sarsıntılardan sonra xərçəngə tutulub, 7 dəfə cərrahiyyə əməliyyatı keçirib. Nəhayət, boşanıblar, ardınca uşaqları da "soğan-çörək" yeməkdən bezdiklərini bəhanə edərək onu tərk ediblər.

BiG.AZ xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Humay deyir ki, qayınatası vəzifədən çıxandan sonra da məhkəmələrə təsir edə bilir. 8 ildir haqqı olan və məhkəmənin qərarı ilə ona verilən əmlakı ala bilmir. Hətta qarşı tərəfin vəkili etiraf edib ki, onkoloji xəstə olduğundan istifadə edərək məhkəmələr vasitəsilə işi yubadırlar, onun ölməsini gözləyirlər. "Ailə qurduğumuz ilk 3 ildə problemimiz olmayıb. Qaynatam vəzifəyə keçəndən sonra varlandı, pul artdıqca evdə problemlər yarandı. Yoldaşım Hüseyn əyləncəli həyata başlamışdı, müxtəlif qadınlarla münasibəti olurdu. Qayınatam isə boşanmağımıza qarşı çıxırdı, 12 il dözdüm. Amma başqa bir qadından övladı oldu, onları da evə gətirməyi, birgə yaşamağı təklif etdi", - Humay danışır.

Şikayətçi deyir ki, sonuncu dəfə Türkiyəyə müayinəyə gediblər, həkim hər 3 aydan bir müayinəyə gəlməyi tapşırıb. Onu əməliyyat masasında tək buraxan Hüseyn ayrılmağı təklif edib. "İndiyədək keçmiş qayınatama qarşı hörmətsizlik etməmişəm, ilk vaxtlar əməliyyat olunmağıma köməklik etdi. Sonuncu əməliyyatdan əvvəl yoldaşım dedi ki, "atam səni evdən buraxmaq istəməyəcək. Ona görə də, özün çıx get, məni atamla üz-üzə qoyma". Qayınatam isə şərt kəsdi ki, "boşansan, uşaqları əlindən alacağam, səni bir parça çörəyə möhtac qoyacağam. Sürünə-sürünə qapıma gəlib məndən çörək pulu istəyəcəksən. Sənin Allahın varsa, mənim də pulum var"", - Humay göz yaşları içərisində xatırlayır.

2010-cu ildə rəsmən boşanıblar, qarşı tərəfin narazılığına baxmayaraq, məhkəmənin qərarı ilə uşaqlar ananın himayəsinə verilib. Amma tanınmış iş adamı - keçmiş qayınata sözünün üstündə durub. "Məhkəmə ayda 300 manat aliment kəsdi, amma cəmi 1 il aliment ödədilər. Uşaqları dolandırmaq üçün aptekdə ikinci növbədə iş tapmışdım. Uşaqlar babaları ilə görüşürdülər, amma onlardan maddi yardım istəmirdim. 2 ildən sonra böyük oğlum babaları ilə yaşamaq istədiklərini söylədi. Dedi ki, "sən bizə yaxşı baxa bilmirsən, babam isə bizə maşın alacaq, xarici ölkələrə aparacaq". 7 ildir oğlanlarıma kənardan baxıram, oğlum məzun olanda məktəbin darvazasının arxasında dayanıb izləyirdim. Qorxdum ki, məni görmək istəməz. 7 illik əzabımı nə yoldaşıma, nə də qayınatama halal eləmirəm".

Humay Hüseynova həyat yoldaşı ilə birgə nikahda olduğu vaxtda alınan, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 19A ünvanında yerləşən 701,4 kvadratmetrlik qeyri-yaşayış sahəsinin bölünməsi üçün 2010-cu ilin fevralında Xətai Rayon Məhkəməsinə müraciət edib. Nəhayət, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi mülkiyyət hüququnun tanınmasına dair qərar çıxarıb. Amma qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmə qərarının yerinə yetirilməsinə əngəl törədib. Bu dəfə də Vəli Vəliyev oğlu Hüseynə qarşı qeyri-yaşayış sahəsinə çəkilmiş xərclər kimi 296 min 244 manatlıq borc iddiası qaldırıb. "Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib, mənim razılığım olmadan əmlaka həbs qoyulub. Daha sonra milyonlarla manat dəyərində olan əmlak guya 296 min manatın əvəzi kimi oğuldan alınaraq ataya verilib. Vəli Vəliyev isə dərhal əmlakı formal alqı-satqı ilə kürəkəni Səməd Əhmədovun adına keçirib. Mən məhkəmələrin gedişi zamanı qarşı tərəfin saxtakarlıq və cinayət əməlləri ilə bağlı bir neçə dəfə Baş Prokurorluğa müraciət etmişəm, amma işə baxılmayıb", - Humay əlavə edir.

Yüzdən çox məhkəmə iclası Humayın durumunu daha da ağırlaşdırıb, nəinki müalicə, hətta müayinəyə getməyə pulu yoxdur. Doğrudur, qarşı tərəfin vəkilləri milyonluq iddiaya qarşı 50 min manat təklif ediblər, amma bu təklif qayınatanın "qılıncının altından" keçmək kimi təhqiredici formada olub.

Humay ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək illərdir ona haqsızlıq edən keçmiş həyat yoldaşı və qaynatasının qəzəbindən qorunmasını xahiş edir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4272 Tarix: 26.05.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
SVEROKLANA
SVEROKLANA 27.05.2018
Eceb edirsin etmeyin


 
neznakomiy
neznakomiy 27.05.2018
he xanim ozumu teriflemekde heqiqet varda ele sey etmerem hecvaxt


 
SVEROKLANA
SVEROKLANA 27.05.2018
He coxda ozunuzu teriflemeyin mene xeyanet eden oglana men kefen tikerem hemizn qizida Mola qoyaram


 
neznakomiy
neznakomiy 27.05.2018
duz deyirsiz xanim hami menim kimi deyilki


 
SVEROKLANA
SVEROKLANA 27.05.2018
Bir aile temelinde xeyanet varsa o kisiyle dolanmaq olmaz


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər