Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLAR

Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARSon bir neçə aydır türkmənlərin Bakıya axını başlayıb. Aşqabaddan gəmi ilə Bakıya gələn türkmənlər daha çox dəniz limanı ərazisində və onun ətrafında alver edirlər. Bakıya qızıl və pal-paltar, trikotaj malları gətirərək satır, əldə etdikləri pulu dollara çevirərək vətənlərinə dönürlər.

Virtualaz.org xəbər verir ki, türkmənlərin bu alveri onların ölkəsində hökm sürən sosial-iqtisadi vəziyyətlə bağlıdır. İqtisadi böhran Türkmənistanda dollar satışının faktiki ləğv olunmasına gətirib çıxardığından türkmənlər Bakıda aldıqları dolları ölkələrində qara bazarda rəsmi məzənnədən 5 dəfə baha dəyişirlər.

Türkmənləri Bakıya axın etməyə vadar edən səbəbləri, onların dolanışıqlarını, Bakıda əldə etdikləri qazancları araşdırmaq üçün Bakı Dəniz Vağzalının ərazisində soyu soyumuzdan, kökü kökümüzdən olanların bir qrupu ilə söhbətləşməyə imkan tapdıq.

Əslində Bakı Dəniz Vağzalında seyrəklikdir. Gəmilər Ələt limanına yan aldığından vağzal əvvəlki funksiyasını çoxdan itirib. Hərçənd Türkmənistan gəmisi ara-sıra bu limana yan alır. Vağzal binasının son vaxtlar otelə çevrilmiş hissəsində də əsasən türkmənlər qalır. Elə ona görə də taksi sürücüləri buranı öz aralarında "türkmən otel" adlandırırlar.

Foyedə oteldə gecələmək istəyən bir neçə türkmənlə qarşılaşırıq. Amma mətbuata danışmaq istəmədiklərini deyərək söhbət etməkdən imtina edirlər. Ölkələrindəki sərt, qapalı rejim onları xaricdə də ehtiyatlı olmağa məcbur edib: "Bilirsiniz, biz müsahibə verə bilmərik. Siz bizə çətinlik yaradarsınız. Yaxşı olar ki, liman ərazisinə, gəminin dayandığı yerə gedin, orada daha çox türkmən var, onlarla danışın", - deyə nisbətən yaşlı türkmən yarı türk, yarı rus dilində izah edir.

Jurnalistləri görəndə əşyalarını yığışdırıb qaçırlar...

Ağ Şəhər Bulvarından limana yan almış gəmiyə tərəf gedən yolda milli geyimli türkmən qadınları dəstə-dəstə qarşımıza çıxır. Əslində çox mehriban və söhbətcil olan türkmənlərlə də jurnalist kimi danışmaq cəhdimiz baş tutmur. Onlar nəinki şəkillərini çəkməyə, heç adlarını soruşmağa da imkan vermirlər. Təxminən 5 dəqiqə ərzində artıq liman ərazisində bütün türkmənlər jurnalistlərin gəlişindən xəbər tutmuşdular. Haqqin.az və virtualaz.org saytlarının əməkdaşlarını aralıdan görən kimi mallarını tələsik yığıb uzaqlaşırdılar. Qaçmayıb yerlərində qalanlar isə yaşmaqlanır və üzlərini çevirirdilər ki, fotolarını çəkə bilməyək.

Amma aralarında nisbətən cəsarətliləri də tapıldı, bilet tapa bilmədiklərindən şikayətləndi. "Sizin gəmilərə bilet ala bilmirik. Çünki gəminin vaxtını heç kim bilmir. Gəlirik, günlərlə gözləyirik, deyirlər nə vaxt gəmi yüklə dolacaq onda yola çıxacaq. Amma insanlarınız da, şəhəriniz də, çox gözəldir. Bakı Aşqabaddan daha gözəldir...", - Sinaqul adlı həmsöhbətimiz bildirir.

O, Bakıya geyim, parça gətirib satan onlarla türkməndən biridir. Əslən Nevitdağdan olan qadın deyir ki, onlar Bakıya qrup şəklində Türkmənistana məxsus "Bəxtiyar" gəmisi ilə gəlirlər. Amma həmin gəmidə gediş haqqı bahadır – 60 dollardır. Sərfəli olsun deyə, qayıdarkən Azərbaycan gəmilərindən biri ilə yola düşürlər, çünki bu gəmilərə bilet cəmi 10 dollaradır.

Məlum olur ki, Türkmənistanın tekstil fabrikinin istehsalı olan geyimlər, alt paltarları və dəsmallar Bakıda yaxşı satılır. Müsahibim qarşısına tökdüyü malları eşələyərək altdan çıxardığı pambıq köynəyi göstərir: "Bax bunun qiyməti 3 manatdır. Təmiz pambıqdır, camaat ən çox bunu alır. Sizdə mağazalarda 10-15 manata aldığınız hamam dəsmallarını biz burada 5 manata satırıq. Əlbəttə, bizə burada alver eləmək sərf eləyir".

"İnternetdə şəkli çıxsa, Türkmənistanda həbs oluna bilər"

Türkmənistandan Bakıya turist kimi gələn Məhəmməd isə Marı vilayətindəndir. Ana nənəsi əslən azərbaycanlı olan həmsöhbətimiz deyir ki, bura qohumlarını görmək üçün turist kimi gəlib. Həmsöhbətimiz türkmənlərin mətbuatdan qaçmaqlarını ölkəsində olan ağır şərtlərlə əlaqələndirir. Onun sözlərinə görə, Türkmənistanda əhali fikrini sərbəst ifadə edə bilmir. Burada dedikləri hər sözə görə Türkmənistanda cavab verməlidirlər. Əks halda onları ölkədən xaricə çıxa bilməmək kimi cəza gözləyir.

"Sizə buradakı türkmənlərdən heç kim heç nə deməyəcək. Bizdə belə şeylər yoxdur, hamı danışmağa qorxur. Əgər kimsə nəsə desə, gələn dəfə onu bura buraxmazlar. Pasportuna möhür vurular və 5 il ölkədən çıxması mümkün olmur. Hətta internetdə şəkli çıxarsa, həbs edə bilərlər. Bizdə indi vəziyyət çox çətindir, ölkə iqtisadi böhran içərisindədir. Adətən xaricə gedəndə hamıya dollar lazım olur, amma bizdə banka getsəniz, bank bağlanıb və dolları heç kimə vermirlər. Dollar almaq istəyirsənsə, qara bazara gedirsən. 5 qat baha qiymətə alırsan. Məsələn, buradan 100 dollar alırsan, onu aparıb Türkmənistanda 500 dollar edirsən".

Məhəmməd deyir ki, Bakıya gələn türkmənlərin əsas məqsədi alver deyil, dollar almaqdır. Yüz dollar türkmən manatı ilə 350 manatdır. Ona görə hətta əksər tacirlər gətirdikləri malları elə öz ölkələrindən aldıqları qiymətə də satırlar. Qızıl satdıqlarını isə heç kim etiraf etmək istəmir.

"Biz çox yaxşı yaşayırıq..."

Müsahibimiz deyir ki, bir müddət dolanmaq üçün Bakıdan onlara təxminən 1000 dollar almaq da kifayət edir. Təxminən bir aya yaxın Bakıda qalan türkmənlərin çoxu isə otel deyil, kirayə evləri seçirlər. Onların əksəriyyəti Xətai rayonunda, adam başına 5 manat verərək otaq kirayələyirlər. Çoxu yeməklərini də özü ilə gətirir.

Adını söyləmək istəməyən digər bir türkmən isə ölkəsinin iqtisadi vəziyyəti haqqında deyilənləri iftira adlandırır: "Türkmənistanda hər şey var, dolanışığımız yaxşıdır. İnternetdən istifadə edə bilirik, elə bileti də online alırıq. Bizdə heç nə baha deyil, hətta kommunal xidmətlərə görə haqq ödəmirik, onlar bizdə pulsuzdur. Baxmayın ki, burada alver edirik, biz çox yaxşı yaşayırıq... "

Elə bu vaxt kimsə gəminin bir saata yola düşəcəyi xəbərini gətirir. Türkmən tacirlər tələsik əşyalarını yığışdırmağa başlayırlar. Onlara əlavə problem yaratmamaq üçün biz də vağzaldan uzaqlaşırıq...

Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARTürkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARTürkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARTürkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARTürkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLARTürkmənlərin Bakıya axını: hamam dəsmalı satıb DOLLAR APARIRLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 565
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

14:57 287
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 503
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 143
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

21:30 0