
“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək”.
BiG.AZ “Report”-a istinadən xəbər verir ki, Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin mayın 24-də keçirilən iclasında bildirib.
O, məsələ ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərdiyini vurğulayıb: “Günün sonunadək Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi təyin ediləcək. O, mayın 25-də silahlı qüvvələrə təqdim olunacaq”.