Lotu Qulinin Rusiya "valisi" niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT

Lotu Qulinin Rusiya "valisi" niyə həbs edilib? – ŞOK TƏFƏRRÜATLotu Qulinin Rusiyanın Ural regionu üzrə "valisi" Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Çelyabinsk polisi son on ildə bu "çəkidə" avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun bütün bazarlarına haqq qoymuşdu. Hətta regionun ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda yerləşən "4-cü baza" (müqayisə üçün deyək ki, bu baza Ural regionunun ən böyük meyə-tərəvəz bazasıdı - musavat.com) uğrunda mübarizədə belə əvvəl kürd klanını, sonradan isə Röşvən Lənkəranskinin adamlarını vurub sıradan çıxarmışdı.

Lotu Qulinin Rusiya "valisi" niyə həbs edilib? – ŞOK TƏFƏRRÜATBəziləri səhvən Lotu Qulinin adamı kimi İlham Osmanovu göstərirdilər. Amma elə deyil. Osmanov Ded Xasanın bacısı oğlu Temuri Mirzoyev (Timur Sverdlovski) tərəfindən regiona "smotryayuşi" təyin olunmuşdu. Timurun ölümündən sonra isə kürd klanı xeyli zəiflədi.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən yerli KİV-lərə daxil olan məlumata görə, 2015-ci ildə haqqında şərti cəza çıxarılan Abdullayevi adi inzibati hüquq pozuntusuna qarışdığına görə, onu hər an həbs edə bilərdilər. "Rəhman Abdullayevi isə adi məişət mübahisəsinə görə saxlayıblar. Bir azərbaycanlı 300000 rubla öz həmyerlisinə maşın satıb. Maşın xarab çıxıb. Arada pul üstündə mübahisə düşüb. Zərərçəkən də Rəhmana müraciət edib. O da həmin adamdan pulu tələb edib. Abdullayevi müdafiə etmək fikrindən uzağam. Amma maşın söhbəti inandırıcı deyil", - deyə mənbə bildirib.

Başqa bir mənbənin bildirdiyinə görə isə Rəhman Abdullayev barəsində həbs qərarını Rusiya DİN Çelyabnisk vilayəti baş idarəsinin cinayət axtarış şöbəsinin rəisi Rinat Kamaləddinov verib.

"Bu Rinatın öz təşəbbüsü olub. Neçə vaxtdı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən gedəcəyi və ya başqa kiçik vəzifəyə keçiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu cür kriminal avtoritetin həbsiylə isə xilas olacağını düşünür. Amma yanılır",- deyə mənbə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 415
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 264
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 292
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 191
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 339
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 324
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 296
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 781
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 577