Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentin yanağına "yapışdırdı" - FOTO

Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentin yanağına "yapışdırdı" - FOTO

Finlandiyada prezident Sauli Niinistyonun mozaika rəsminin hazırlanmasında iştirak edən rəssam Pyayvi Koskinen azərbaycanlı qaçqının yanağını prezidentin yanağına “yapışdırıb” və bununla ölkəsində mühacirlərə qarşı dözümlülük mesajı verməyə çalışıb. Virtualaz.org xəbər verir ki, bu fakt prezidentin rəsmi mozaika fotosunun təqdim olunmasından bir neçə həftə sonra ortaya çıxıb.

“Yle” qəzetinin yazdığına görə jurnalistlər diqqət yetiriblər ki, prezidentin mozaika-fotosunda başqa portretdən element istifadə olunub. Məlum olub ki, prezidentin yanağı əslində özünün deyilmiş və Azərbaycandan Finlandiyaya mühacirət edib sığınacaq almağa çalışan Sadiq Bəhruzun yanağı imiş.

Rəssam Koskinen bildirib ki, o azərbaycanlı qaçqınla bir il əvvəl tanış olub və əhvalatını dinləyəndə sarsılıb. Belə ki, Sadiq Bəhruz Finlandiyada özünə iş tapıb, təhsil alıb, fin dilini öyrənib. Ancaq onun sığınacaqla bağlı müraciəti iki dəfə rədd edilib. Rəssam bir il əvvəl Bəhruza və yoldaşlarına Əfqanıstan pasportu üçün pulsuz foto çəkib. O vaxt azərbaycanlı mühacir sığınacaq almaq üçün sonuncu şansından istifadə etməyə hazırlaşırdı.

Finlandiyada rəssam azərbaycanlı qaçqının yanağını prezidentin yanağına "yapışdırdı" - FOTO

“O, bizim dili bilirdi və bir çox finlərdən daha çox könüllülük fəaliyyəti ilə məşğul olurdu. Ürəyim parçalandı, çünki ona heç nə ilə kömək edə bilmədim. Bu vaxt məndən prezidentin portreti üçün element hazırlamağı xahiş etdilər. Təsadüfən əlimə həmin yanaq keçdi. Mən bununla prezidentə xatırlatmaq istədim ki, daha multikultural və dözümlü Finlandiya üçün xalqa nümunə ola bilər”-rəssam deyib.

Finlandiyanın 12-ci prezidentinin rəsmi portretinin yaradılması üzərində 100-ə yaxın rəssam, incəsənət xadimi, o cümlədən qrafik-rəssamlar, heykəltaraşlar, fotoqraflar iştirak edib. Onlardan hər biri portret üçün 7.5x10 sm. ölçüsündə element hazırlayıb. Daha sonra elementlər birləşdirilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1413 Tarix: 23.05.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər