Dollar yenidən sürətlə bahalaşır - 1 dollar 4.80...

Dollar yenidən sürətlə bahalaşır - 1 dollar 4.80...

Türk lirəsi dollara nisbətdə ucuzlaşmaqda davam edir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib.

Lirə dollar qarşısında daha 2%-dən çox dəyərdən düşüb.

Avro/lirə məzənnəsi isə 5.70 səviyyəsini aşıb və beləliklə, tarixinin ən yüksək səviyyəsinə qalxıb.

Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi "Fitch Rating"in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2549 Tarix: 23.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər