Azərbaycanlı məşhurun vəziyyəti ağırdır: Ürəyinə su yığılıb - FOTO

Azərbaycanlı məşhurun vəziyyəti ağırdır: Ürəyinə su yığılıb - FOTOAtam parkinson xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyinə su yığılmışdı, tənginəfəsliyi çox idi. Lakin müalicə aldı, bu problem bir qədər azaldı. 20 ildir ki, parkinson xəstəliyi onun səhhətinə təsir edir. Hətta həkimlər bildirib ki, 20 il bu xəstəlikdən əziyyət çəkib, yenə də yerimək, gümrah olmağın özü möcüzədir. Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk.

BiG.AZ xəbər verir ki, bu sözləri Musa Yaqubun qızı Yaqut Yaqubova musavat.com-a açıqlamasında söyləyib. O, atasının artıq yeriyə bilmədiyini bildirib.

"İndi isə ayaqlarında çox böyük problemlər var, artıq yeriyə bilmir. Səsində də problemlər var. Lakin yaddaşı, zehni yerindədir".

Onun sözlərinə görə, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi fevral ayına təsadüf edib:

"Bu ilin fevral ayından birdən-birə dəyişdi. 2-3 həftə olar ki, lap zəifləyib. Onun üçün araba almışıq, çətinliklə arabanın köməyi ilə həyətə düşür. Bilirsiz ki, atam ömür boyu çılğın insan olub, həmişə çöldə-bayırda gəzib. İndi evdə oturmağı ona pis təsir edir. Tez-tez özünə, mənə sual verir ki, "ayaqlarım niyə belə oldu?"

Yaqut Yaqubova atasının səhhəti ilə bağlı heç bir quruma müraciət etmədiklərini deyib:

"Bizə kömək lazım deyil, heç nəyə ehtiyacımız yoxdur. Həmişə problemləri özümüz həll etmişik, atamız da gözü tox, halal insan olub. Şükür ki, az-çox özümüz problemləri həll edirik.

Telefonumuz susmur. Hamı, dostları, şair və yazıçılar, jurnalistlər zəng edir, qonaq gəlirlər. Dünən çoxlu sayda qonaqlarımız oldu, buna görə hətta axşam çox halsız vəziyyətə düşmüşdü. Türkiyədən, bir çox ölkələrdən onun dostları zəng edir, hal-əhvalını soruşurlar. Bu baxımdan biz hər kəsdən razıyıq.

Buynuz kəndindən kənara çıxmaq istəmir. Hətta səhhəti ilə bağlı Bakıya aparmışdıq, tez-tez kəndə getmək istədiyini deyirdi".

Yaqut Yaqubova şairin hazırkı arzu və diləklərindən də söz açıb:

"Bir-iki şeiri var, onları yazmaq istəyir, Hərdən mənə deyir ki, "şeirləri deyim, sən yaz". Məsələn, Xaqani Şirvani ilə bağlı çox gözəl şeir yazmaq istəyir. Xaqani onun çox sevimli şairidir, vaxtilə ona poema da həsr edib. İndi də poema yazmaq istəyir.

Bu yaxınlarda isə "Buynuz qəbiristanlığı" adlı şeir dedi, lakin onu yazmağa imkan tapa bilmədim. Yəni hazırda istəkləri ancaq bundan ibarətdir".
Azərbaycanlı məşhurun vəziyyəti ağırdır: Ürəyinə su yığılıb - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3427   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193