Azərbaycan məktəbində direktor işçilərinə hədə-qorxu gəlir -VİDEO

Azərbaycan məktəbində direktor işçilərinə hədə-qorxu gəlir -VİDEOPrezident seçkilərindən sonra aparılan kadr islahatları vətəndaşlarda inam yaradıb. Təəssüf ki, bəzi kadrlar hələ də islahatların mahiyyətini qəbul etməyərək "köhnə hamam, köhnə tas" prinsipi ilə çalışırlar.

BiG.AZ xəbər veirr ki, cumhuriyyet.az saytı təhsil sistemində baş verənləri təhlil edərək belə bir nəticəyə gəlib ki, yeni nazir Ceyhun Bayramov da bu vacib sahədə daşı daşı üstə qoymaq niyyətində deyil. Çünki, "gənc", "yenilikçi", "islahatçı" imicinə girən nazir real, fakt olaraq ortaya qoyulan qüsurları qulaqardına vurur. Medianın gerçək simasını açıb ortaya qoyduğu savadsız, rüşvətxor, harınlamış direktorlar iş başında, yeni nazir isə öz "təmiz adam" təbliğatını aparmaqda.

Əslində təyinatından o qədər də çox keçməyən naziri ittiham etmək qərəzli görünə bilər. Amma bir məqamı da nəzərə alaq ki, ötən ilin son ayında Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından bu yana 5 aydır ki, C.Bayramov faktiki olaraq təhsil naziridir və buna qədər də birinci müavin kimi o, sistemə bələd olan adam kimi tanınıb. Bir sözlə aşağıda bəhs edəcəyimiz direktorun hələ də vəzifə başında olmasının günahkarı Ceyhun Bayramov sayıla bilər. Söhbət Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovadan gedir. Beləliklə son qalmaqala keçməzdən öncə bu direktorun bəzi macəralarına diqqət edək.

Məktəbdə ailə hegemonluğu
Xatırladaraq bildirək ki, məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər. Adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozulmasına, şagird müəllim, valideyin məktəb, münasibətlərini də gərgin vəziyyətə gətirilməsinə səbəb olublar. Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat,bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir. Haqqı tapdanan müəllimlərə isə "kimə istəyirsiz deyin" deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir.

Direktorun aylıq hədəsi: "o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir…"

Bu yaxınlarda Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən səs yazısı yayılmışdı. Cumhuriyyet.az olaraq bildirək ki, bu səs yazısında direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib: "Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək".

İşıqpulu və aylıq davası
Bununla da bitmir. G.Babaşova haqqında mediada yer alan və yenə də audio yazı ilə təsdiqlənən iddialara görə, onun məktəbdəki pulyığma əməliyyatları bir neçə istiqaməti əhatə edir. Bildirək ki, Gülnurə Babaşova həm də Bilik Fondunun Şamaxı filialının rəhbəridir və cumhuriyyet.az olaraq onun haqda iddiaların bir qismini diqqətinizə çatdırırıq: "Fondun məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq edən müəllimi isə işdən qovacağı ilə hədələyir. O, atdığı addımları yuxarılarla razılaşdırıb atdığını deyir. Respubilika və rayon səviyyəli məmurların adlarını çəkir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının "fəallığı"ndan məharətlə yararlanır. "Reket" kimi onlardan istifadə edir". Şikayətçi müəllimin sözlərinə görə, o, hər ay elektirik enrejisi və istiliyə görə müəllimlərdən 20-30 manat pul yığır: "Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5000 manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödəyib. Bütün bunlar azmış kimi xüsusi sertifikatlar tərtib edib hər biri yüz manat olmaqla müəllimlərə satır".

Direktor işçilərə maşının yuduzdurur
Lap bu günlərdə isə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova yeni rekorda imza atıb. Bu dəfə xanım direktor məktəbin işçilərinə öz avtomobilini yuduzdurur. Feodal dövrünün münasibətlərini xatırladan həmin kadrları reportyor.info-ya istinadən heş bir şərh vermədən diqqətinizə çatdırırıq:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5843   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 332
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 266
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 173
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1127
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 480
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 821
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 580
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 193
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 174