Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEO

Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOBakı sakini Pərvanə Şıxməmmədova Suriyada kürdlərin nəzarətində olan Ayn Əl İssa qəsəbəsində yerləşən düşərgədə saxlanılan, əvvəl İŞİD terror qruplaşmasının əlində olan 4 övladını Azərbaycana qaytara bilmir. Dəhşətli işgəncələrə məruz qalan və düşərgədə səfalət içərisində saxlanılan uşaqlar analarına zəng edərək onları buradan qurtarması üçün yalvarırlar.

BiG.AZ xəbər verir ki, bunu virtualaz.org-un redaksiyasına gələn və uşaqlarının qaytarılması üçün kömək istəyən P. Şıxməmmədova deyir.

bu yaxınlarda virtualaz.org Türkiyə mətbuatına istinadən ataları tərəfindən zorla Suriyaya aparılan və "xilafət" ərazisində yaşamağa məcbur edilən həmin azərbaycanlı uşaqlar barədə yazmışdı. P.Şıxməmmədova deyir ki, uşaqlarının kürdlərin nəzarətindəki bölgədə qaçqın düşərgəsində saxlanıldığını ötən il öyrənib.

Onun sözlərinə görə, 2013-cü ildə keçmiş əri, İŞİD üzvü Elşən Məmmədov 2000-ci il təvəllüdlü Dilbər, 2002-ci il təvəllüdlü Məryəm, 2004-cü il təvəllüdlü Rəfiqə və 2007-ci il təvəllüdlü Abdulla Məmmədovu analarından xəbərsiz Türkiyədən Suriyaya keçirib. Müsahibimizin sözlərinə görə, uşaqlarını Azərbaycandan Türkiyəyə aparmaq üçün etibarnaməni özü verib. Qadın keçmiş ərinin İŞİD-çi olduğunu bilə-bilə ona nədən uşaqlarını Azərbaycandan çıxarmaq üçün etibarnamə verdiyini "aldadılması" ilə əsaslandırır.

37 yaşlı Pərvanə Şıxməmmədova redaksiyamıza atasının müşaiyəti ilə gəlib, özü də geyiminə görə Bağdadinin "xilafətinin" sakinlərini xatırladır, qara çadradan qadının təkcə gözləri görünür. Bizimlə söhbətləşəndə üzündə niqabını götürür, amma qapı açılan kimi dərhal niqabını bağlayır. Deyir ki, özü radikal islamçı deyil, yəni İŞİD ideologiyasını bölüşmür, amma "əhli sünnədir", çadranı da Bakıda "naməhrəmlərdən özünü qorumaq" üçün geyinir...

Hazırda Bakıda dayəliklə məşğul olan qadının danışdıqlarından: "Elşən Məmmədovla boşandım, amma uşaqlarım mənimlə qalırdılar. 2013-cü ildə Türkiyəyə getdim və orada Ömər Aydın adlı Türkiyə vətəndaşı ilə ailə qurdum. Amma gedəndə uşaqlarımı apara bilmədim, keçmiş ərim dedi ki, onsuz da bir aydan sonra özü də Türkiyəyə gələcək və gələndə uşaqları gətirəcək. Mən də buna görə ona etibarnamə verdim. Həqiqətən də, bir aydan sonra uşaqları da götürüb Türkiyəyə gəldi. Məni heç vaxt aldatmamışdı, həmişə gəlib uşaqları aparıb bir-iki həftə saxlayırdı. Bir dəfə zəng elədi ki, mən artıq İstanbula yerləşmişəm, işim də var, qoy onlar yanıma gəlsinlər, bir-iki həftə qalsınlar. Mən də inandım, uşaqları ona verdim. Bir həftədən sonra uşaqlar zəng elədilər ki, ata bizi Suriyaya aparıb. Yalvarırdılar ki, ataya de bizi sənin yanına gətirsin, burada qalmaq istəmirik..."

P. Şıxməmmədova deyir ki, həmin nömrəyə dəfələrlə zəng etsə də cavab verən olmayıb. 2013-cü ilin dekabr ayında uşaqlarla "skype" vasitəsilə danışıb, sonra uzun müddət onlarla əlaqə kəsilib.

2014-cü ilin dekabrında isə bir nəfər ona yazıb ki, uşaqlar Raqqadadır, ataları tutub və gəlib onları götürə bilər. Həmin vaxt Şıxməmmədovanın təzə ərindən uşağı dünyaya gəlmişdi.

Ayn əl-İssa düşərgəsi

"Bu xəbəri alanda 5-ci uşağım dünyaya gəlmişdi. Ərim dedi ki, sən gedə bilməzsən, özüm gedib onları gətirərəm. Amma neçə dəfə cəhd eləsə də, sərhədi keçə bilmədi. Mən dözə bilmədim, xəbərsiz Suriya ilə sərhədə, Kilisə getdim. Amma Türkiyədə oturma iznim bitdiyinə görə məni sərhəddən qaytardılar və Azərbaycana deportasiya elədilər. O vaxtdan uşaqlarımın heç birini, o cümlədən təzə ərimdən olan övladımı görə bilmirəm"-qadın deyir.

Şıxməmmədova iddia edir ki, keçmiş həyat yoldaşı E. Məmmədov sonradan İŞİD-ə qarşı çıxıb, uşaqlarını da götürüb qaçmaq istəyərkən tutulub. 2015-ci ildə isə onun edam xəbərini alıblar. Bundan sonra uşaqların həyatı daha da məşəqqətli olub.

"Böyük qızım Dilbəri 14 yaşı olanda İŞİD üzvlərindən birinə ərə veriblər. Onda hələ atası da sağ olub və onu özü ərə verib. 15 yaşında isə uşağı doğulub. İkinci qızımı da Türkmənistandan olan İŞİD üzvünə ərə veriblər. Qızların hər ikisinin əri orada öldürülüb. Uşaqlarım orada işgəncələrə məruz qalıblar, böyük qızımı İŞİD-çi zorlayıb. Hələ başlarına gətirilənləri mənə danışa bilmirlər, çünki danışdıqlarına görə onları orada cəzalandırırlar. Böyük qızım öz 3 yaşlı uşağı və iki bacı-qardaşı ilə birlikdə İŞİD-in zülmündən qurtarmaq üçün qaçıb. Uşaqlar dəfələrlə qaçmaq istəyiblər, amma alınmayıb, axırıncı dəfə bir nəfər onlara kömək edib. Amma qaçarkən kürdlərin əlinə keçiblər. İkinci qızımın isə nə ölüsündən, nə də dirisindən xəbər var...", - deyə P. Şıxməmmədova göz yaşları içərisində danışır.

Şıxməmmədova uşaqları İŞİD əsarətindən qaçandan və qaçqın düşərgəsinə yerləşdiriləndən sonra ilk dəfə 2017-ci ilin sentyabrında onlarla danışıb. Uşaqlar qaçqın düşərgəsində olduqlarını deyərək analarından kömək istəyiblər. Onlar analarına deyiblər ki, düşərgədən buraxılmaları üçün gərək səfirlik müraciət etsin. Dediyinə görə onlarla bir yerdə düşərgədə olan Filippin və bir neçə Avropa ölkələrinin vətəndaşlarını səfirlik vasitəsilə oradan çıxarmaq mümkün olub.

Müsahibim deyir ki, qaçqın düşərgəsində olan uşaqlarına hər ay 100 dollar göndərir. Əgər pul göndərməsə onları öldürə bilərlər. Uşaqlar həmin pulun bir hissəsini nəzarətçilərə, qalanını isə ən zəruri qidalarına verirlər. Uşaqlar orada o qədər aclıq çəkiblər ki, gəzməyə belə taqətləri qalmayıb.

Şıxməmmədova deyir: "Qızımın bildirdiyinə görə onlara orada deyirlər ki, sizi ölkənizdə istəmirlər, əgər tələb eləsələr, sizi buraxarıq. Düşərgədə uşaqlarıma olmazın işgəncələr verirlər. Mənimlə ancaq pul istəmək üçün orada çalışan bir qadının telefonu ilə arada yazışır. Axırıncı dəfə may ayında danışmışam. Deyir mən burada əsirəm, məndən məni təhlükəyə salacaq heç nə soruşma. Nə deyirlər, dediklərini edirik. Mənimlə danışdığına görə onları bir ay həbsxanaya salmışdılar. Həbsxana daha dəhşətlidir. Orada onlara gündə bir dəfə 1 stəkan su və bir tikə çörək verirlər. Tualetə belə getməyə qoymurlar, əsirlər təbii ehtiyaclarını elə paltarlarına edirlər".

P. Şıxməmmədova Azərbaycan Xarici İşlər Nazirliyinə gedərək ərizə yazsa da, ona kömək edən olmayıb. Ona Livandakı və İraqdakı Azərbaycan səfirliklərinə ərizə yazdırıblar. XİN-dən bildiriblər ki, əgər indiyə qədər bir cavab çıxmayıbsa, deməli heç nə etmək mümkün deyil: "Heç kim özünü təhlükəyə atıb ora getmək istəmir".

Çarəsiz qadın uşaqlarını gətirmək üçün Çeçenistanın Rusiya prezidenti yanında səlahiyyətli nümayəndəsi Ziyad Sabsabinin ofisinə də müraciət edib. Oradan bildiriblər ki, onlar yalnız Rusiya vətəndaşlarını gətirə bilirlər.

Beynəlxalq Qırmızı Xaç cəmiyyətində də uşaqların vəziyyətindən xəbərdardırlar. Cəmiyyətdən P. Şıxməmmədovaya bildirilib ki, uşaqların harada olduqlarını bilirlər, onların nəzarəti altındadırlar, amma oradan çıxarılmaları üçün heç nə edə bilmirlər. Çünki bunun üçün Azərbaycan tərəfinin müraciət etməsi lazımdır.

Xatırladaq ki, İŞİD Suriya və İraq ərazisində işğal etdiyi ərazilərdən qovulduqdan sonra bu terror qruplaşmasına qoşulmuş Azərbaycan vətəndaşlarının bir çoxu öldürülüb, digərləri qaçıb. Onların yüzlərlə arvad-uşaqları isə İraq hökumətinin, yaxud Suriyada kürdlərin nəzarəti altında olan xüsusi düşərgələrdə saxlanılır. Azərbaycanda İŞİD-çilərin uşaqlarının geri qaytarılması məsələsinə ehtiyatla yanaşırlar, çünki onların beyninin təhlükəli dini ideologiya ilə zəhərləndiyi təxmin edilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev virtualaz.org-a problemdən xəbərdar olduğunu və nazirliyin orada olan Azərbaycan vətəndaşlarının qaytarılması üçün danışıqlar apardığını bildirdi: "Çox təəssüf edirik ki, Azərbaycan dövlət təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq, bəzi vətəndaşlarımız yerli qanunları pozaraq xarici ölkələrin ərazisində qanunsuz hərbi birləşmələrə qoşulublar. Özlərinin şəxsi həyatları ilə bərabər yaxınlarının da həyatlarını təhlükəyə atıblar. Bu kimi hallarda məsələnin kompleks şəkildə öyrənilməsi, araşdırılması işləri gedir. XİN-də belə şəxslərin ailə üzvləri ilə həm fərdi, həm də qrup halında görüşlər keçirilib, iş aparılıb. Amma bu məsələnin həllində müəyyən obyektiv çətinliklər var, bu isə ondan ibarətdir ki, bu məsələ kompleks şəkildə öyrənilməli, həmin ölkənin də yerli qanunlarına hörmət edilməlidir. Məsələlərin həllinin tapılması üçün İraqın həm Azərbaycandakı səfirliyi, həm də Azərbaycanın İraqdakı səfirliyi ilə mütəmadi olaraq təmasdayıq".
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEOAzyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi... - Bakı sakininin Suriya DƏHŞƏTİ - FOTO - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5577   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 83
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 86
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 215
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 0
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 120
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 76
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 138
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 386