Bakıda məşhur ticarət mərkəzinin yaxınlığında PARTLAYIŞ: ÖLƏN VAR/YENİLƏNİB

Bakıda məşhur ticarət mərkəzinin yaxınlığında PARTLAYIŞ: ÖLƏN VAR/YENİLƏNİB

Bakıda kafedə partlayış olub.

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

***

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib. Lent.az xəbər verir ki, “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.

Big.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, "Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hazırda yaralılar "Təcili yardım”la xəstəxanaya aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6655 Tarix: 21.05.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər