Azərbaycanda doğulur, vətəndaşlıq alır, amma orduya getmirlər: Onları SİZ DƏ TANIYIN

Azərbaycanda doğulur, vətəndaşlıq alır, amma orduya getmirlər: Onları SİZ DƏ TANIYINBakının müxtəlif küçələrində, metro çıxışlarında kifayət qədər qaraçı görmək mümkündür. Həmin ərazilərin daimi sakininə çevrilən qaraçıların yaşam şəraiti hər zaman maraqlı olub. Təkcə paytaxtda deyil, Azərbaycanın az qala bütün bölgələrində qaraçılara rast gəlmək mümkündür.

Qaraçılar əsasən Yevlax, Qax və Ağdaş rayonları ərazisində sıx yaşayır. Əsas məşğuliyyətləri dilənçilikdi. Bu məşğuliyyətləri ilə əməlli-başlı qazanc əldə edən qaraçıların əksəriyyəti qeydiyyatsız, pasportsuz yaşayır. Hətta onların övladları icbari təhsilə də cəlb olunmurlar.

Maraqlıdır, Azərbaycanda məskunlaşan qaraçıların vətəndaşlığı, qeydiyyatı varmı? Onlara nəzarət edilirmi?

"Təmas" İctimai Birliyinin rəhbəri Südabə Məmmədova Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə Azərbaycanda yaşayan qaraçıların vəziyyəti başqa ölkələrdə yaşayan qaraçılardan çox-çox yaxşıdır: "O mənada ki, Azərbaycan tolerant ölkədir. Onlar burada heç bir diskriminasiyaya uğramırlar. Yəni qaraçılar cəmiyyətdən təcrid olunmurlar. Amma onlar özləri özlərini cəmiyyətdən təcrid edirlər ki, bu da başqa məsələdir. Amma onların hər birinin Azərbaycan vətəndaşlığı var. Onlar Azərbaycan vətəndaşlığına xas olan bütün hüquqlardan istifadə edə bilirlər. Məsələn, Orta Asiya ölkələrində doğulan qaraçının şəxsiyyət vəsiqələrinə "çıqan" yazılır. Amma Azərbaycanda belə deyil. Sadəcə olaraq qaraçıların çoxu özlərini cəmiyyətdən təcrid edirlər. Kompakt şəkildə yaşayırlar və övladları adətən evdə doğulur. Bu səbəbdən sənəd ala bilmirlər. Amma çox rahat şəkildə vətəndaşlıq ala bilirlər. Cəmiyyət tərəfindən onlara hər hansı problem yaradılmır. Problem onların içərisindədir".

QHT rəhbərinin sözlərinə görə, qaraçıların qeydiyyat məsələsində maraqlı məqamlar var: "Onlar əsasən boş torpaqlarda, qanunsuz, sənədsiz evlər tikib yaşıyırlar. Sənədsiz olduğu halda da təbii ki, qeydiyyatları olmur. Bir sözlə harda gəldi ev tikirlər. Ən çox Yevlaxda, Balakən və Zaqataladakı kəndlərdə məskunlaşırlar. Digər problemləri isə övladlarını təhsildən yayındırmalarıdır. Mənə elə gəlir ki, buna hər hansı nəzarət mexanizmi də yoxdur. Amma hərbi xidmətə gedənləri var. Son zamanlar onların özləri də sənəd, qeydiyyat məsələlərinə maraqlıdırlar. Amma çox hallarda uşaq evdə doğulduğundan heç nə edə bilmirlər".

Azərbaycanda yaşayan qaraçıların dəqiq sayına gəlincə, Südabə Məmmədova bundan məlumatsız olduğunu deyib: "Bu statistika bəlli deyil. Çünki onların şəxsiyyət vəsiqələrində Azərbaycan vətəndaşı yazılır. Kim desə ki, "Azərbaycanda məsələn, bu qədər qaraçı var", mən o saya inanmaram. Çünki onlar hamısı Azərbaycan vətəndaşlarıdır və dilimizdə də təmiz danışırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2336   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 317
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147