230 milyard borcu olan bu adamın Azərbaycanda nə işi var?

Rusiyanın iki iri bankı- VTB və "MTS-Bank" müflis olmuş "Transaero" hava yolları şirkətinin sahibi Aleksandr Pleşakovun aktivlərini axtatır. Virtualaz.org xəbər verir ki, Pleşakov həmin banklara müvafiq olaraq 9 və 4.1 milyard rubl borcludur.

"Transaero" şirkəti ötən il Sankt-Peterburq və Leninqrad vilayəti Arbitraj məhkəməsinin qərarı ilə müflis elan edilib. Şirkətin borcunun ümumi məbləği 230 milyard rubldur (4 milyard dollara yaxın), bu isə "Transaero"nun cəmi aktivlərinin dəyərini 144 dəfə keçir. "VTB bank" şirkətə krediti dövlət təminatı ilə ayırmışdı.

"Vedemosti" yazır ki, "VTB bank" şəxsən Pleşakovun müflis elan edilməsi üçün Moskva Arbitraj məhkəməsində iddia qaldırıb. İddia ərizəsində göstərilib ki, Pleşakov "Transaero"nun səhmlərinin 59.48 faizinin sahibi idi. 2015-ci ilin sentyabrında şirkətin əməliyyat fəaliyyəti üçün vəsaiti qalmayanda Pleşakov səhmlərə nəzarət edirdi.

"Transaero" Rusiyada "Aeroflot"dan sonra ikinci ən iri aviadaşıyıcı olub. Şirkət müflis duruma düşəndən sonra iki ay "Aeroflot" onu maliyyələşdirib. Lakin 2015-ci ilin oktyabrında "Rosaviasiya" şirkətin lisenziyasını alıb və barəsində müflisləşmə proseduru başladıb.

Arvad Olqa ilə birlikdə 1992-ci ildə "Transaero"nu yaradan Pleşakov isə həmin vaxt Rusiyanı tərk edib. 2017-ci ildə Pleşakov Amerika məhkəməsinə bildirib ki, (şirkət amerikalı kreditorlara da borcludur) Azərbaycanda və Avropa İttifaqı ölkələrində yaşayır.

230 milyard borcu olan bu adamın Azərbaycanda nə işi var?Ötən il "MTS bank"ın iddiası əsasında ABŞ-ın Florida ştatının məhkəməsi Pleşakovun məsələsinə baxıb. Məhkəmə qərara alıb ki, Pleşakovun Florida ştatında fəaliyyət göstərən "Sky Ocean International" şirkətinin aktivləri barədə iddiaçıya məluma təqdim edilməlidir. Bu məlumat cavabdehin müflisləşmə proseduru ilə bağlıdır. Şirkət Florida ştatında milyonlarla dollarlıq daşınmaz əmlaka malikdir. Həmin məhkəmə prosesi zamanı Pleşakov yaşayış yeri kimi Azərbaycanı və Avropa İttifaqı ölkələrini göstərib. Lakin onun Azərbaycanda hansı aktivlərinin olduğu barədə məlumat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2344   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137