Bayıldakı tikililər ərazidə müşahidə aparılmasını çətinləşdirir

Bayıldakı tikililər ərazidə müşahidə aparılmasını çətinləşdirir"Bayılda Buxta küçəsində baş vermiş sürüşmə ilə əlaqədar sabahdan ərazidə mayaklar quraşdırılacaq"

BiG.AZ xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərzidə aparılan tikinti işləri monitorinq prosesini bir az çətinləşdirib:

"Bu gün evləri yararsız hala düşən sakinlər əşyalarını daşıyır. Küçənin eni isə bir metrdir. Bu da hazırkı durumda orada işləməyimiz mümkünsüz edir. Ərazidə torpaq qatı olmadığından müşahidə aparmağımız bir az çətinləşib. Çünki hər tərəf betonla örtülüb, altında hansı proses getdiyini gözlə müşahidə etmək olmur. Bunun üçün müəyyən geoloji xəritələrimiz və digər imkanlar əsasında araşdırma aparılacaq".

Ə.Qaralovun sözlərinə görə, Buxta küçəsində baş verən sürüşmənin səbəbi yamacın kəsilməsi və həddən artıq yüklənməsidir.

"Yamac insan amilinin təsirindən həddən artıq yüklənib, yamacın kəsilməsi isə onun dayanıqlığını azaldıb. Bundan başqa, evlər pərakəndə şəkildə tökmə torpaq üzərində inşa edilib. Bir evin arxa divarı digər ev üçün istinad divarı rolunu oynayır, evlər bir-birinə çox yaxındır. Dolayısı ilə bir evdə çökmə baş verəndə digər evə də zərər dəyir. Evlərin altının tökmə torpaq, narın qum olması, uzun müddət ərazidə müəyyən qədər su sızmaları səbəbindən illər ərzində tədricən torpaq qatı boşalıb. Nəticədə bu cür çökmə tipli sürüşmə baş verib. Ərazidəki evlərin ikisi tamamilə uçub, ikisi yararsız halda, 20 ev isə qəzalı vəziyyətdədir. Həmin evlər üçün təhlükə ola biləcəyindən ərazidən köçürülüb. Ərazidəki kommunikasiya xətləri kəsilib".

Ə.Qaralov onu da vurğulayıb ki, sürüşmə baş verən ərazidən əvvəl də müraciətlər olub.

"Hadisədən bir gün əvvəl əməkdaşlarımız evlərə baxış keçirmək məqsədilə ərazidə olmuşdu. Aparılan monitorinqlər nəticəsində ərazinin sürüşməyə meyilli olması, ərazidə gərginliyin müşahidə edilməsini ilə bağlı rəy verilmişdi. Ora təhlükəli ərazidir. Ümumiyyətlə, Bayıl ərazisi sürşüməyə meyillidir. İlk dəfə ədəbiyyata düşən 1847-ci ildə baş verən sürşümə sahəsidir. Hələ həmin dövrdə ərzidə bu qədər tikinti işləri aparılmamışdı".

Qeyd edək ki, mayın 15-də saat 20.00 radələrində Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283