Məleykə Əsədova səhhətindən DANIŞDI: "Atamla anamın da ürəyində problem olub..."

Məleykə Əsədova səhhətindən DANIŞDI: "Atamla anamın da ürəyində problem olub..."

Xalq artisti Məleykə Əsədovanın ürəyinin xəstə olduğuna dair mətbuatda bir sıra xəbərlər yayılıb.

Aktrisa səhhəti ilə bağlı BiG.AZ-a danışıb. O bildirib ki, ürəyində heç bir problem yoxdur:

"Ürəyimlə bağlı heç bir problemim yoxdur. Sadəcə bildiyiniz kimi, teatr sənətçi çox ağır və məsuliyyətli sənərdir. Mən hər zaman oynadığım rolların gərginliyini, ağırlığını hiss edərək, yaşayaraq oynamışam və Azərbaycan səhnəsində ən çətin rolları canlandırmışam, ağır səhnələrdə rol almışam. Bunlar da təbii ki səhhətimə cüzi təsir göstərir. Mən aktrisayam, rolumu ürəkdən oynayıram. Amma buna baxmayaraq hər zaman da səhhətimlə bağlı müayinədən keçirəm".

Xalq artisti bildirib ki, valideynləri də ürək xəstəliyindən əziyyət çəkib:

"Atamla anamın da ürəyində problem olub. Sevənlərimə demək istəyirəm ki, narahatçılığa heç bir əsas yoxdur. Ürəyim xəstə deyil".

Əhməd Haralı

Məleykə Əsədova səhhətindən DANIŞDI: "Atamla anamın da ürəyində problem olub..."
Məleykə Əsədova səhhətindən DANIŞDI: "Atamla anamın da ürəyində problem olub..."
Məleykə Əsədova səhhətindən DANIŞDI: "Atamla anamın da ürəyində problem olub..."

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 753 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər