Netanyahunun oğlu Türkiyəni belə təhqir etdi

Netanyahunun oğlu Türkiyəni belə təhqir etdi

İsrailin baş naziri Binyamin Netanyahunun böyük oğlu Yair İnstaqram səhifəsində Türkiyə bayrağını paylaşaraq, “Fuck Turkey” (Türkiyəni təhqir edin) şərhini yazıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Yairin bu addımı İsrail və xarici ölkələrin mətbuatında geniş əks-səda yaradıb. Bundan sonra “Kan Bet” radiosuna açıqlama verən baş nazir bildirib ki, oğlu müstəqil şəxsdir və onun sosial şəbəkələrdə istənilən qeydi paylaşmaq haqqı var.

Qeyd edək ki, bu, Yairin mətbuatın diqqətinə düşməsinə şərait yaradan ilk hal deyil. Sentyabrda o, Corc Soros, keçmiş müdafiə naziri Ehud Barak, jurnalist Eldad Yanivin karikaturasını çəkərək paylaşmışdı. Karikaturada bu şəxslərin hər birinin Sorosdan asılı olduğu əks edilmişdi.

Amma sərt tənqidlərdən sonra o, üzr istəyərək, karikaturanı silmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1147 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər