Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçdi - FOTOLAR

Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçdi - FOTOLARDövlət Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi" mövzusunda təlim keçirilib.

Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Abbasova Xəyalə və baş inspektoru Süleymanzadə Lalə tərəfindən keçirilən iki günlük təlimdə iştirakçılara
Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması prosedurları haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilir. Bu məbləğ 3 ayadək 350 manat, 6 ayadək - 600 manat, 1 ilədək isə 1000 manat təşkil edir. İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin
mümkün olub-olmamasını müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy üçün sorğu göndərilir.

Diqqətə çatdırılıb ki, təqvim ili ərzində əmək miqrasiyası kvotası dolduğu təqdirdə iş icazəsi verilmir. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət
Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilir.

Xəyalə Abbasova bildirib ki, 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası – yəni əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının son həddi - 7300 nəfər müəyyən olunub. Bundan başqa vurğulanıb ki, hər il, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 50 minə qədər müraciət daxil olur.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların
müzakirəsi məqsədilə DMX-nin rəisi cənab Vüsal Hüseynovun rəhbərliyi ilə may ayının 18-də yerli və xarici iş adamları ilə görüş keçiriləcək.

Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçdi - FOTOLARMiqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 522   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 308
.

Nəsib Quliyev intihar etdi

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib. "Qafqazinfo" xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atə

14:23 59
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 1075
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 74
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 812
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 1124
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 202
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 571
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

12:51 411