Ziya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJ

Ziya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJŞimal bölgəsinə səfər edəndə hər dəfə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi yoldan keçməyə məcbur oluruq. Bu dəfə də yolumuzu Xızıdan saldıq. Yol boyu zamanında xərclənən milyonların necə israf olunduğunu görməmək mümkün deyil. Yüksək texnologiyalar əsasında tikildiyi deyilən beton yol artıq çoxdan dağılıb.

Cebhe.info-nun təqdim etdiyi fotolardan da göründüyü kimi sabiq nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya yolunun ömrü heç 3 il çəkməyib. Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib. 2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. 2009-cu ildə istifadəyə verilən avtomagistral yolun beton örtüyü qısa zaman sonra dağılmağa başlamışdı. Bu gün isə artıq yol bərbad vəziyyətdədir. Yolun bir hissəsi tamamilə sıradan çıxıb. Bir müddət öncə yolun bir hissəsi yenidən təmirə bağlanıb. Bu da avtomobillərin hərəkətində müəyyən problemlər yaradır. Digər tərəfdən, yolun istifadədə olan hissəsi də pis vəziyyətdədir. Nəzərə alsaq ki, yay sezonun başlaması ilə Şimal bölgəsinə səfərlərin sayı xeyli artacaq, bu da əlavə problemlərə səbəb olacaq.

Milyonların "xərcləndiyi" yolun yüksək texnologiyalar əsasında çəkildiyi deyilsə də, görüntü bunun tamamilə əksini göstərir. Aidiyyatı qurumlar yolun belə qısa zamandan dağılmasını ağır tonnajlı yük avtomobillərinin həmin yoldan istifadəsilə əlaqələndirirlər. Ancaq deyildiyi kimi, yol zamanında yüksək texnologiyalar əsasında çəkilsəydi, bu cür problemlər yaşanmazdı. Eyni yolun çəkilməsi üçün dövlət büdcəsini qısa zamanda ardıcıl iki dəfə ağır yükün altına salmaq ancaq məmur səriştəsizliyinin göstəricisidir. Təcrübə göstərir ki, beton konstruksiyalarla çəkilmiş magistiral yolların ömrü ən az 25-40 il arası olur.

Almaniyada çəkilmiş yolu buna missal göstərmək olar. Bu cür misalların sayını istənilən qədər artırmaq olar.

Bütün bunlar onu deməyə əsas verir ki, 2009-cu ildə istifadəyə verilən yolun tikintisinə cavabdeh olan qurumlara rəhbərlik edənlər heç də deyildiyi kimi yüksək texnologiyalardan istifadə etməyiblər. Ediblərsə də, bu, yalnız sənəd üzərində olub.

Ziya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJZiya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJZiya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJZiya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJZiya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJZiya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı... - FOTOREPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1492   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0